"Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növbəti 14-cü toplantısı MEDİA » "SAZLI-SÖZLÜ BORÇALI" 15 Mayıs "Sazlı-Sözlü Borçalı" Ədəbi Məclisinin növəti on dördüncü toplantısı 2019-cu il may ayının 12-dəBakı şəhərinin Sabunçu rayonundakı Mərkəzi Kitabxananın Oxu zalında baş tutub.23 nəfər saz-söz adamının iştirak etdiyi tədbirə şair-publisist Sədi Yaradanqulu aparıcılıq edib. O, əvvəlcə məclis üzvlərini, qonaqları salamladıqdan sonra aprel və may aylarında anadan olanları - Tarix Vüsallını 60 illik, Nuridə Misiri və kitabxana işçisi Tünzalə xanımı 50 illik yubleyləri münasibətilə məclis adından təbrik edib, onlara xoş arzularını çatdırıb. Eyni zamanda, məclisin fəal üzvü və təşkilatcısı Şəhla xanıma qardaşının vəfatı ilə əlaqədar başsağlığı verib və Allahdan səbrli olmasını diləyib. Daha sonra isə bu günlərdə dünyasını dəyişmiş şairlər - Dəmir Kədəbəylinin və Etibar Etibarlının ruhuna dualar səsləndirilib. Rahilə xanım da çıxışında 2-ci dünya savaşında və Qarabağ uğurunda həlak olmuş şəhidlərimizi yad edib, onlara RƏHMƏT diləyib. Bu günki mövzu Azərbaycanın ölməz mütəfəkkiri və bir nömrəli dahi şairi NİZAMİ GƏNCƏVİnin vəfatının 810 illiyinə həsr edilmişdi. Bu haqda Surxay Hətəm və Murtuz Fərhadoğlunun qısa məlumatından sonra Sədi Yaradanqulu çıxış edərək məclis üzvlərini Dahi Şair haqda daha geniş məllumat verdi.Söz Borçalının tanınmış aşıqlarından olan Aşıq Fikrətə verildi. O, “Divani”-ylə könülləri oxşadı. Sonra söz Rəşid Hacılara verildi. Beləliklə, qonaqlar da öz xoş sözlərini, şeirlərini söylədilər. Bu gün iki qəzəlxan da məclisdə iştirak edirdi: Rəşid Vəkil və Bəxtiyar Buzovnalı.Aşıq-şairə qızımız Ayşə Səyyadqızının ifası və şeir söyləməsi bu dəfə də alqışla qarşılandı, elə də aşıq Toğrul Ayrımellinin, Balaca aşıq qızımız Fatimə Məmmədovanın ifaları da sürəkli alqışlandı. Şairə xanımlardan Gülnarə Acalovanın, Minarə Sığnağın, Xalidə İlyasqızının, eləcə də məclisin bütün üzvləri çıxış edərək öz şeirlərini sazın müşayiəti ilə oxunuldu və sakit dinlənərək sonda alqışlandı.Sonra kitabxananın müdiri Nəcibə Hüseynovaya və kitabxanada çalışanlara məclis üzvləri adından təşəkkür edildi və kitabxananın əməkdaşı İlahə Məmmədovaya söz verildi. O da məclisə uğurlar arzuladı və hər zaman kitabxananın qapıları üzümüzə açıq olduğunu söylədi.Məclisin sonunda şair Sədi Yaradanqulu növbəti məçlisin 12 iyun 2019-cu ildə bu məkanda keçiriləcəyi və mövzunun iki hissədən ibarət olacağını elan elədi. Birinci hissədə Borçalıda yaşayıb-yaradan və unudulmaqda olan el şairi Qul Allahqulunun yaradıcılığı haqda və məclisin 2-ci hisəsində şifahi xalq yaradıcılıqı olan “BAYATI”lar haqda müzakirələr və yazarların öz bayatılarını dinləmək olacaq.Məclisi aşıq Fikrət Cəfəroğlu və aşıq Toğrul Ayrımelli “Müxəmməs"lə sona yetirdilər. Məclisdə tanınmış saz-söz adamlarından - Rahilə Qaralova, Sədi Yaradanqulu, İlyas Əfəndi Vəfalı, Murtuz Fərhadoğlu, Xavər xanım, Rəşid Hacılar, Gülnarə Acalova, Ayşə Səyyad qızı, Minarə Sığnaqlı, Xalidə İlyasqızı, Rəşid Vəkil, Rövşən Xələddinoğlu, Qulu İsmayılov, Surxay Hatəm, Adil Cəfakeş, aşıq Fikrət Cəfəroğlu, aşıq Toğrul Ayrımelli, balaca aşığmız Fatimə Məmmədova, İlahə Məmmədova, Məmməd Lahacoğlu Faxralı, Zahid Savalanoğlu, Gülüzə Məmmədova və Bəxtiyar Qəzəlxan iştirak ediblər. Sonda ümumi xatirə foto-şəkilləri çəkdirilib. Sədi YARADANQULU,“BORÇALI” nəşriyyatının redaktoru ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.