Müşviq Rafael oğlu: "Əmr elə hücuma keçim, komandir!.." "SAZLI-SÖZLÜ BORÇALI", AzTU-nun MƏZUNLARI, Müsabiqə, Başkeçid 20 Eylül Müşviq Rafael oğlu Bayramov - 1972-ci il martın 17-də qədim Borçalı mahalının Başkeçid bölgəsində - indiki Gürcustanın Dmanisi rayonundakı Şindilər kəndındə şair ailəsində anadan olub. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır. 1989-cu ildə orta məktəbi bitirib və elə həmin ildə də Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin - AzTU-nun) Maşınqayırmanın texnalogiyası fakultəsinə qəbul olub.1990-1992-ci ildə hərbi xidmət borcunu şərəf və ləyaqətlə yerinə yetirib. Sonra ali təhsilini davam etdirib. 1995-ci ildə AzTU-nu müvəffəqiyyətlə bitirib.Hazırda bizneslə məşqul olur.Ailəlidir. İki övlad atasıdır. Müşviq Bayramov Vətəninə, elinə çox baglı bir insandır.Hələ uşaq yaşlarından saza-sözə, şeirə böyük maraq göstərib. Məktəbdə oxuduğu illərdən özü də şeirlər yazmağa başlayıb. Şeirləri müxtəlif mətbuat orqanlarında, o cümlədən, "Zirvə", "Sazlı-sözlü Başkeçid", "Sazlı-sözlü Borçalı", "Canım Azərbaycanım" adlı poeziya antalogiyalarında və ədəbi məcmuələrdə çap olunur.Bir neçə dəfə fəxri fərman və mükafatlarla təltif olunub.Biz də Müşviq Rafael oğluna uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, biznes fəaliyyətində və yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..ZiM.Az ATATÜRKZülmət qaranlıqlar nura boyandı,Sönmüş çıraqlarda ümid qalandı,Müstəqil yaşamaq hissi oyandı,Damarda oyanan qanım Atatürk!Azadlıq qədəhin içən bu xalqın,Önündə var ikən bu qədər azgın,Dedi qılıncımız görməyəcək qın,Paşalar paşası şanım Atatürk!Əqidə çıxardı xalqı ağ günə,Əzəmət göstərdi xalq da bu ünə,Bayağı yaradıb basdı köksünə,Dövləti yaradan canım Atatürk!Cahanı sarsıdır Türkün ordusu,Paşası Nuridir budur qorxusu,Döyüşdə göstərdi o, əsl kabusu,Zəfərin şərbətim dadım Atatürk!Sən Türk dünyasının yaqut, gövhəri,Qüdrətin bürüdü bütün bəşəri,Osmanlı paşası çaldı zəfəri,Qüdrətim, şərəfim, şanım Atatürk! MARŞƏmr elə, hücuma keçim, komandir,Səngərdə mövqemi seçim, komandir! Düşmənə dağ çəkim irəli gedim,Hər addım atdıqca birin məhv edim.Vətənə göz tikən gözlərin oyum,İzn ver, işığa mən həsrət qoyum! Əmr elə, hücuma kecim, komandir.Səngərdə mövqemi seçim, komandir. Analar görməsin daha göz yaşın,Qisasın alacam şəhid qardaşın! Hər qarış torpaqçün candan keçərik,Odlar Yurdumuzu azad edərik. Əmr elə hücuma keçim, komandir.Səngərdə mövqemi seçim, komandir. Üç rəngli bayrağım şərəfim, şanım,Başımın tacıdır, həmdə vüqarım.Vətənə qurbandır mənim bu canım,Yaşa sən, ey şanlı Azərbaycanım!!!ŞƏHİDİM Vətən azadlığı uğrunda daha bir şəhidimiz General-mayor Polad Həşimov şəhidlik zirvəsinə yüksəldi. Sumqayıtda yaşayırdı. Bu şeiri ürək ağrısı ilə ona həsr etmişəm.Yol verin vətənin ərən oğlunaHavadan şəhidin qoxusu gəlir.Çiçəklər döşəyin onun yoluna,Vətənə can verən şəhidim gəlir. Səngərə sığmadı qüruru onun,Namərdə göstərdi gücünü qolun.Torpağı almağın tək bircə yolunBu xalqa göstərən şəhidim gəlir. Düşmən üzərinə əsgər tək getdi,Zirehli tankını özü məhv etdi.Düşmən təlaşlanıb süquta yetdi,General rütbəli şəhidim gəlir. Vətənin ağrılı bu dar günündə,Dayandı zabit tək əsgərdən öndə.Qorxuda bilmədi onu ölümdə,Qəhrəman rütbəli şəhidim gəlir. Adından bəllidir Polad ərənin,Zəhmiylə öldürdü yüzün gədənin.Vətənin olacaq qədir bilənin,General rütbəli Poladım gəlir. OĞULLAR Xalqımda əzəmət vüqarı gördüm,Qürurludur Vətən deyən oğullar.Qəzəbli intiqam hissini gördüm,Düşməni didməyə hazır oğullar! Şəhidi şərəflə torpağa verib,Qan örtmüş gözlərlə kəfəni geyib.Vətənçün ölməyə hazıram deyub,Şəhid qisasını alar oğullar! Mərmilər bu xalqı sarsıda bilməz,Babəklər yurdunda igidlər ölməz.Namus, ləyaqəti düşmənə verməz,Hər gün doğulacaq şəhid oğullar! Zəfərə aparan yolum səngərdi,Hər övlad mübariz, igid əsgərdi.Oğlum Koroğludur, qızım Həcərdir,Yenilməz ordumda mərddir oğullar!AĞLAMA, ANAM!Göz yaşında min qürurla,Şəhidinə baxan Anam.Fəxr edirik biz onunla ,Ağlama sən, igid anam. Şəhid oğlu məğrur dayan,Sevinməsin düşmən olan.Alqışlayır hər tin, dalan,Ağlama sən, igid Anam. Şəhid qızı sil yaşını,Uca tut hər an başını.Atan sevməz heç ahını,Göz yaşına qıymaz anam! Bu Vətənin ən şərəfli,Övladısan sən fərəhli,Atan deyər şir ürəkli,Ol, ağlama mənim balam! Qorxuram Qarabag nağıla dönəDogma nəfəs duymayır Ana qucağı.Közə də həsrətdir Ata ocağı Vətənə məhəbbət artırar həsrətİfrata çatdıqca olar müsibət.Torpaq ar eyləyir gülü, çiçəyiDüşmən tapdagında bitirdiyiçünLalənin qan sızır hər bir ləçəyiBülbül nəgmə demir öz laləsiyçün.Göyçə artlq qalıb düşüncələrdəZamanında yamacların gəzirdikİrəvan yaşayır xatirələrdəVaxt vardı bir xalı üçün əsirdik.Qarabag gedəli otuz il olubLaçın gözləməkdən saralıb, solubRuhlar inildəyir, dagılıb məzarQanlı göz yaşına bogulub yazar.Qorxuram Qarabag nagıla dönəÜmid gözlərimdən əbədi sönəXocalı bir dərdli yaziya dönəDəhşət adiləşə, insanlıq ölə.Qopuzu ucadan qoy çalsın OzanSilaha sarılsın həm qoca, cavanAzad etmək üçün olaq biz rəvanQanla tarix yazaq eyləyək bəyan!Əsgər oglumaAy ogul sən artıq ərən kişisən,Vətənə gərəksən əsgər gedirsənDüşmən üzərinə elə getki sənTitrəsin vicudu görsün ki nərsən.Yurdumun hər parçası əmanətdirBir qarış itər ilsa xəyanətdirXocalı faciəsi müsibətdir,İntiqam alanmasaq rəzalətdir.Unutma ki torpagın qan aglayırGözü yaşlı analar yas saxlayırXan qızı girov qalıb sızıldayırƏsgər ! Vətən sizə bel baglayır.Get ogul qurban olum qeyrətinəDag çəkin erməninin ümmətinəNizə soxun ciyərinə, ürəyinəVətənimə o göz tikən gözlərinə.Xain düşmən qorxaq olar bilin siz,Ayaq yalın, yalın əllə gedin sizParçalayıb, dişinizlə didin sizVətən üçün canı fəda edin siz.Qalib kimi dönər olsan qarşıma,Cəsarətli ürəyindən öpərəm,Şəhid olsan! Sıgınıb göz yaşıma,Büründüyün o bayragı öpərəm!Yaşa Vətən! Yaşa Vətən! - deyərəm!ŞİNDİLƏRVüqarında uca Şindi dağının,Ətəyində xoş səfası Şindilər.Yaz ətirli duasında anamın,Laylasında naz ədası Şindilər.Babaların izi bəzər yamacı,Bərəkətdir nənələrin umacı.Səxavətdir yurdumun hər amacı,Yaradanın bol vəfası Şindilər.Qayasında min ətri var çiçəyin,Al-qırmızı qızlar hörər ləçəyin.Füsunkardı siması da göyçəyin,Başkeçidin zər-zibası Şindilər.Ağbirçəkli sənəmlərin örpəyi,Həyasında Borçalının örnəyi.Müşviqin də hər kökünün özəyi,Gözlərinin nur şəfası Şindilər.Yagışlı gecəSakit bir ruzigar, narın yagışlarGecəni bəzəmiş ayla, ulduzlarİslanmış cismimiz, odlu baxışlarTükənməz hissimiz, sonsuz arzular.Sevdalı gecənin tilsimindəydikSusqun dalgaların sahilindəydikYagışın dənizə tökülən səsiBizə bəxş etdiyi sevgi nəgməsi.İstəmirdik tükənə bu gecə, bu anNecə xoşbəxt idik biz həmən zamanSənin gözlərindən alovlanmışdımRuhumu, cismimi məndən almışdın.Deyirdim o yagan yagış mən olamSüzüləm zülfündən yanaqlarınaİstərdim yagışdan bir damla olamYayılam o incə dodaqlarına.Yagışlı gecənin qaranlıgındaKöç etdin gözümdən ürəyimə sənAylı ulduzların o işıgındaMöhürlü imzanla təsdiqlədin sən!Bivəfa dünya Üzümə aynadan baxdı gözlərimGördüm saçlarıma artıq dən düşüb.Təəcüblü göründü ötən illərimƏqrəb zamanıyla düzmü ötüşüb.Xəyallar içində eylədim soraqİtən illərimi tapa bilmədimBürüdü qəlbimi kədərli maraqÖmür keçir mən ürəkdən gülmədim.Edərkən keçmişi mən varaq varaq Ruhum pıçıldadı : həyat tez keçirÖmrünün çoxuna vurmusan daraqBivəfa dünyadan insan tez köçür!Gəl elə baxmaLaləli baxçada gördüm bir gözəlİncə çiçəklərdən çələng əlindəGözüm görməmişdi bu qədər gözəlƏn zərif çiçəkdi güllər içində.Yaradan qələmin nə gözəl çəkmiş Rəhmindən bir damla əsirgəməmiş.O, iri füsünkar qara gpzləriSanırdım mələkdir yada ki Pəri.Bilmirəm qəlbimdə cücərən nədirBir dəli sevdanln eşq atəşimi? Sevinclə döyünüb əsdirən nədir Bir nazlı gözəlin vüsal səsimi.Kükrək bir sevdalı baxışla baxdıBu baxış qəlbimi yandlrdı, yaxdıUzun kiprikləri elə bil oxduÜrəyim o oxdan yaralı qaldı.Hicran baxışlarla gözünə baxdımİçimdən keçəni sanki danışdımXəyallar içində süzdü baxışlarVurgun oldugumu yəqin ki anlar.Anlayış halıyla dedi inciməGecikmiş bir sevgi salma qəlbiməDedi sevdalıyam, uyma him-ciməYandırma nə məni, yanma tüstümə.Dedim eşq dəlisiyəm yoluma cıxmaNə olar bir daha gəl elə baxma Hər atəş Müşviqi yaxmazdı əslaYandlrdı kipriklə o qaşlar məni.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.