Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!" "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə 4 Ağustos Dağlar, sizlə görüşməyə gəlmişəm...(Dağlar sizə baş əyməyə gəlmişəm. İ.Tapdıq)Zirvəyə səsləyir hər cığır, hər iz,Məni salamlayır bənövşə, nərgiz.Yaman darıxmışam, a Ləlvər, sənsizDağlar, sizlə görüşməyə gəlmişəm,Dərd-sərimi bölüşməyə gəlmişəm.Dərdi dərd üstünə qalayır fələk,Qəribi həsrətlə sınayır fələk.Ahu-zar edəndə qınayır fələkDərd-sərimi bölüşməyə gəlmişəm,Dağlar, sizlə görüşməyə gəlmişəm.Həsrətəm, a dağlar, sizdəki qara,O uca zirvəyə, o şux vüqara.Könül, aparırsan de məni hara!?-Dağlar, sizlə görüşməyə gəlmişəm,Dərd-sərimi bölüşməyə gəlmişəm.2012NərgizBu mövzunu mənə verən şair təbiətli əmim Nəbi Hümmət oğluparkda gəzərkən meşə nərgizinə rast gəlibA dağların sarı gülü,Yarı qönçə, yarı gülü,İntizar qoyub bülbülü Nə gəzirsən qürbət eldə?! Meşələrin gözəlisən,Çiçəklərin əzəlisən,Çəmənlərdə gəzməlisən.Nə gəzirsən qürbət eldə?!Aşiqlər səni dərməzlər,Qulac tellərə hörməzlər,Vallah qədrini bilməzlərNə gəzirsən qürbət eldə?!Qayğna qalanın yoxdur,Halına yananın yoxdur, Qadanı alanın yoxdurNə gəzirsən qürbət eldə?!Bu dünya özüdür Türkün başdaşıMən bir Qarapapaq Türküyəm, lələ,Elimin o başı, bu başı yoxdur.Neçəki at çapır belədən belə,Hələ Türk oğlunun başdaşı yoxdur.Qayalar baş daşı, qəbri dərələr,Sinəsi düşmana keçilməz sipər,Ölsə bir Türk Əsgəri, mini dirilər.Hələ Türk oğlunun baş daşı yoxdur.Çoxunun başına düşüb daşımız.Dünyaynan yaşıddır bizim yaşımız.Deyəsən tərs duşub yayla qışımız.Hələ Türk oğlunun başdaşı yoxdur.Dünyanın sahibi biz idik, vallahTanrı da biz idik, biz idik, vallahNə günə qalmışıq, işə bax, Allah!Hələ Türk oğlunun başdaşı yoxdur.Bu dünya özüdür Türkün başdaşı... Bağışla, XəzərimBağışla, ey əziz, mavi Xəzərim.Şəninə şeirlər qoşa bilmədim Doğmaca övladın olmaq istədim,Dumanlı dağlardan keçə bilmədim.Hərdən darıxanda dağlardan ötrüMənə qucaq açdın lap anam kimi.Şəvə tellərimi gilavarınlaÖpüb tümarladın öz balan kimi.Qumlu sahillərə seyrə çıxandaHər tərəf al-əlvan, yaşıl bağ olub.Zülmət gecələrdə biz yol çaşandaAy doğub, hər tərəf çil-çıraq olub.Dərdimi dağlara söylərdim əzəl,Mənə ümman boyda sirdaş olmusan.Qohumdan-qardaşdan uzaq düşəndəXəzər, bil ki mənə qardaş oımusan.14.12.2018Duman eşqinə Dəli könlüm, gəl yollanaq,Dağlara, duman eşqinə.Yurd yeri çağırır məni,Düşmüşəm yaman eşqinə!Nəğmələr suya köklənib,Eşqimiz göyə köklənib,Ürəyim neyə köklənibDüşmüşəm kaman eşqinəGül-çiçək mehə tamarzı,Ləçəklər şehə tamarzı,Imanım ruha tamarzı,Düşmüşəm iman eşqinə.Bulaq başı qonaqsızdı,Lilparı yox, dolçasızdı,Çöllər daha xalçasızdı,Düşmüşəm çəmən eşqinə.İzim qaldı düzdə, çöldə,Yorulmadım uzaq yolda.Allah, qıyma qürbət eldəSabirə, Vətən eşqinə.18.06.2018PAYİZYenə gözlərini sıxıb bu axşamPayız nisgilin tökür üstümə.Endirib dağların duman-çəniniHəsrət yorğanını çəkir üstümə.Payızın öz ətri, öz nəfəsi var,Vallah sevmək, sevilmək həvəsi var,Atanın, ananın toy-busatı var.Gəncliyim alışıb yanır tüstümə...Bilmirəm haraya gedim bu axşam?Məni addım-addım izləyir payız.Dinləyin, könlmdən keçəni deyimGənclik illərimə səsləyir o qız.Yarpaqlar oxuyur xəzan səsiylə,Bülbül vidalaşır yaz nəğməsilə,Sazaq da üşütməz buz nəfəsilə,O qara gözlərin mənə qəsdi nə?Mən kədər yükümü, özüm çəkirəm,Kədərim dünyanın vecinə deyil.Qayğısız günlərim baharda qaldı,Boranın, çovğunun vecinə deyil.23.10.2018Moskvada yaşayan şair dostum Nəsib Nəbioğlunun şeirlər kitabına düşdüyüm üçün xoşbəxtəmBurnunun ucunda barıt qoxusu!35 ildən sonra görüşdüyüm tələb dostum Sabir MahmudovaQəlbini dağıdar, didər bu həsrət,Nisgil yuvasıdır qəlbi əzəldən.Əsir torpaqların dərdini çəkər,Söyləyər göylərin üzünə hərdənAğrılar içində köklənib qalan,Dərdli qoşmaları onun ağısı,Yükləsə götürməz filə dərdini,Burnunun ucunda barıt qoxusu!Dünyanın min cürə oyunları var,Aləm başdan-başa qat-qarışıqdır!Sığınıb qalıbdı dağlar dərdinə.Boynuna biçilən dərd yaraşıqdır.Gözlərində həsrət qığılcımları,Ərşə çəkilibdi, itib yuxusu.Yüz nəğmə gəzdirər dərd havasında,Burnunun ucunda barıt qoxusu!Qəlbində yurd dərdi, ağrı-acısı,Gümüşü telinə dərd sığal çəkər.Xəyalı dağlardan geri qayıtmaz,Dərdi Şuşa, Ağdam, Laçın, Kəlbəcər.Hərdən gözlərində şimşəklər çaxar,Beləcə ötüşər ömrün çoxusu,Həsrəti, nisgili gözlərindədir,Burnunun ucunda barıt qoxusu!Vətən parça-parça, yurd parça-parça,Yoğrulub bu torpaq şəhid qanıyla.Üç rəngli bayrağı basar bağrına,Hayqırar öz əzmi, öz inadıyla.Ruhuyla bağlanıb doğma torpağa,Sevgidən doğulub hissi, duyğusu,Fikri Qarabağı gəzir, dolanır,Burnunun ucunda barıt qoxusu!Bilir haqq nazilər, ancaq üzülməz,Haqqın, ədalətin öz məqamı var.Yüz dərdə, möhnətə dözüb, tablaşar,Qarşıda qisası, intiqamı var!O qədər yadına düşər ki,dağlar,Həsrəti Şuşadan, laçından keçər,Xəyalı özünü qayadan atan,Bir dağ gözəlinin saçından keçər.İstəyər bir dəli türkü oxusun,Burnunun ucunda barıt qoxusu!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.