XIDIR ORUCOĞLU (1958): "Alçalmaq asandır, yüksəlmək çətin..." "SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Müşfiq Borçalı 29 Haziran XIDIR ORUCOĞLU(1958)Xıdır Oruc oğlu Məmmədli - 1958-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində dünyaya göz açıb. Orta təhsillidir. Fəhlə işləyir. Şeirləri «Ziya», «Gənc müəllim», «Borçalı», «Təhsil» «Şərqin səsi», «Ədəbiyyat qəzeti», «Qələbə bayrağı», «Gürcüstan» və s. qəzetlərdə, «Addımlar», «Canım Azərbaycanım», «Sazlı-Sözlü Borçalı», «Sazlı-Sözlü Başkeçid», «Zirvə», «Boradigah», «Darvaz» və s. ədəbi məcmuələrdə - poeziya antologiyalarında işıq üzü görüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. “El qucağında” adlı bir şeirlər kitabının müəllifidir. Kitabına "Ön söz"ü Azərbaycanın Xalq şairi Məmməd Araz yazmışdır.Xıdırın şeirlərinin əsas mövzusunu Ana Vətənə, doğma Ata yurduna bağlılıq, kənd zəhmətkeşlərinin əməyi, rastlaşdığımız problemlər, günümüzün əcaiblikləri və s. təşkil edir. Xıdır Orucoğlu Bakıda yaşayıb-yaratmış həmyerlimiz, şair Eldar Hacıyevə həsr etdiyi şeirdə deyir:Nələr saldın indi mənim yadıma,Xatirimdə günlər çözələndi, gəl.Gözlərim önündən keçdi xəyaltək,Ömrüm, günüm sanki təzələndi, gəl.Seyr edib çəməni, dağlara çıxaq,Boylanıb zirvədən Darvaza baxaq.Lalələr toplayıb, nərgizlər yığaq,Çöllərə bənövşə düzələndi, gəl…X.Orucoğlunun «Dağlar», «Ormeşəndə görmüşəm», «Azad qadın heykəli», «Ana» şeirləri öz oxunaqlığı ilə seçilir. Onun satirik şeirləri də diqqəti cəlb edir.Alçalmaq asandır, yüksəlmək çətin,Hər şərəfli yolda durasan mətin,Babalardan qalmış adın, adətinTapdayıb zibilə qatma, amandı,- deyən X.Orucoğlu üzdəniraq bəzi əliəyri avtobus sürüclərini tənqid etdiyi «Şofer» şeirində isə yazır:Şair Xıdır söylər sözün düzündən, Gəl salma özünü elin gözündən,Bir gün olar, nişan qalmaz izindən,Vurarlar arada təpik də, şofer.Aşağıda Xıdır Orucoğlunun bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..Müşfiq BORÇALI. MÜƏLLİM Orta məktəbdə tarix müəllimim olmuş görkəmli dilçi-alim, filologyiya elmləri doktoru, professor Mədəd Çobanova dərin məhəbbətləUca dağlar başı daim qar olar,Kövrəlmə, baxanda başa, müəllim.Parlaq günləriniz hələ öndədir,İlham al dünyadan, yaşa, müəllim.Arzuların çiçək açıb, bar verib,Sizə şöhrət kimi dövlət-var verib.Hər əsərin bizə bir nübar verib,Ötməyib illərin boşa, müəllim.Xəyalın tarixi edərkən soraq,Həmdəm olub sənə qələm və varaq.Tarixin düyünlü sirrin açaraq,Durdun alimlərlə qoşa, müəllim.Bu gündən sabaha təzə iz saldın,Keçmişdən bu günə daim söz saldın.Sönmüş ocaqlara özün köz saldın,Ad qoydun torpağa, daşa, müəllim.Borçalı xalqına fəxri dayaqsan,Tarixə bələdçi kimi oyaqsan.Durmusan keşikdə əsgərsayaq sən,Qoyma düşmən sərhəd aşa, müəllim!MÜŞFİQ(İlk şeirlərimin və ilk kitabımın çapına səbəbkar olmuşxeyirxah eloğlum Müşfiq Çobanlının “Ağır elli Borçalı” kitabını oxuyarkən.)Əl atıb bağından bir bar dərmişəm,Bu sovqat mənə ilk nübardı, Müşfiq.Fidan arzuların boy atan zaman,Fərəhdən ürəyim qabardı, Müşfiq.Oxuyub kitabın öpüb qoxlaram,Əziz canım kimi təmiz saxlaram.İlhamım dil açıb coşub çağlaram,Aldı fikir məni apardı, Müşfiq.Şair Xıdır ömrü sözə bağladı,İllər ötdü, kədər onu haqladı.Tutuldu yolları, gizlin ağladı,Nicat yolun sizdə tapardı, Müşfiq.“Addımlar” Poeziya toplusu, N: 2, B., 1995.SAHİBGürcüstanın Bolnisi rayonundakı Darbaz kəndində dünyaya gəlmiş və Qarabağda qəhrəmancasına Şəhid olmuş Sahib Almaz oğlu Məmmədovun əziz xatirəsinəÖmrünü yaşadın saf niyyət ilə, Nə sərvət, nə şöhrət gəzirdin, Sahib!Nə vaxt dərdli gördün doğma Vətəni,Başının üstünü kəsərdin, Sahib!Sən həm kövrək idin, həm ərköyündün,Elin qüruruyla daim öyündün.Vətən çağrışına hərbi geyindin,Fərari kəslərdən küsərdin Sahib!Ər atalardan da ər oğul törər,Hünər meydanına mərd igid girər.Vətən olan yerdə xalq şəhid verər,Yaralı canınla dözərdin, Sahib!Xeyir-dua aldın elin, obandan,Mərdlik miras qalıb Namaz babandan.Xalqına məhəbbət gəlibdir qandan,Şöhrətinlə eli bəzərdin, Sahib!Deyirlər olmayır əsgər yuxusu,Səngərlərdə keçir vaxtın çoxusu.Hər an güllə səsi, ölüm qoxusu,Kim deyər o gündən bezərdin, Sahib!Xaraba görəndə hər kənd evini,Yamanca pozubdur sənin kefini.Harada gördün o "insan div"ini,Silahla başını əzərdin, Sahib!Belə olub son vaxt səndə xasiyyət,Gördün dəyişir o canda vəziyyət.Qisas al düşməndən edib vəsiyyət,Yeri-göyü gözlə süzərdin, Sahib! KEÇİBHeç nə silinməyib xalq yaddaşından,Hər sözü elə bir ələkdən keçib.Dahilər yetirib bizim xalqımız,Hər birinin yolu bələkdən keçib.Tarixin keçmişi uludan ulu,Şüarımız olub ədalət yolu,Keçilən yolları əzabla dolu,Tarixin yazısı lələkdən keçib.İgidlər süngüylə, şair qələmlə,Qələbə çalıblar nasirlər elmlə.Xətai çırpışıb ölüm-dirimləQoç Babək qolundan, biləkdən keçib. DEMƏNadürüst bir kəsə yoldaş olmuşdum,Altdan-altdan məndən yazırmış demə.Bələd olmamışam onun halına, Dostunu satmağa hazırmış demə.Dosta sadiq bilib ona inandım,Acıyıb taleynə daim yanandım,Onu özümə ən əziz dost sandım,Ayağım altını qazırmış demə.BİLƏRNadan kəslə dostluq etsən,Bir gün dönük çıxa bilər.Dar günündə bəd ayaqda,Gözlə səni yıxa bilər.Hər insanda yox etibar,Fitnəkarın yüz fəndi var.Üzdə sənə şirin olar,Dalda qaxınc qaxa bilər.Nadan kəsin qayğısın çək,Əzabına döz özün tək.Tök pulunu ətək-ətək,Sənə yandan baxa bilər.A XURAMAN(Ərzaq mağazasında işləyən qonşu qızı Xuraman xanıma)Zara gəldim belə dünya əlindən,Hər zaman çəkmişəm mən axır-aman.Ömrümün yolları hamar olmadı,Gah dağa düşmüşəm, gah da xıra mən..Bir bölük külfətə oldum mən ata,Çətin gündə həsrət qaldım manata.Dözüm yoxdur indən belə mana ta,Çətin sağ qalam bu il axıra mən.Ha istədim nisyə ərzaq az alım,Bircə yolluq borcu nistən azalım. Bilmirəm azalmır niyə a zalım,Xıdırı üzür bu dərd a Xuraman. GÖRDÜMBəhrəsi olmayan öz eli üçün,Yurdunda bayquştək ulayan gördüm.Fərasətsiz olan nadan kəsləri,Dörd yanın həmişə dalayan gördüm.Cəsarət, qeyrətdən onda səy hanı,Beyninə batmaz sən ona sayanı.Fikri, zikri vurmaq olur ziyanı,Özgə malın daim talayan gördüm.Arzusu, istəyi gözdə puç olar,Nə şöhrəti, nə ad-sanı ucalar.Görəndə, ziyalı, alim, qocalar,Ona-buna quyruq bulayan gördüm.Ondan ötrü millət nədir, zad nədir,Fərqin bilməz soyad nədir, zat nədir.Ögey nədir, doğma nədir, yad nədir,Gündə yadın qabın yalayan gördüm.Halal kəsə hər vaxt o qara yaxar,Məqam güdüb xəlvət o dostu yıxar.Üzə durub suçsuz üzü ağ çıxar-Ara vurub meydan sulayan gördüm.Çöldə fərə olub, evdə qoç olar,Uşaq döyər, arvad ilə saç yolar.Nə ölər, nə itər, nə də qocalar,Qırx arxı bir yerə calayan gördüm. İSTƏDİMPərişan görəndə kimsənin halın,Dərdini öz dərdim bilmək istədim.Dərdimi içimdə təkcə çəkmişəm,Sevinci hamıyla bölmək istədim.Əridi yox oldu üzlərdən həya, İtirdik yaxşını biz duya-duya.Kiçiklər böyüyü saymasa saya,Kəndirdən boğaza ilmək istədim.Ali cənab bildik biz müəllimi,Bizə qanun olub əvvəl təlimi.Satanda şagirdə verdiyi elmi,Xəcalətdən vallah ölmək istədim. MANANA (Gürcü qızı müğənni Mananaya)Məclislər içində bir gözəl gördüm,Əcəb heyran oldum mən ona, Ana.Feyziyab eyləyib məclis əhlini,Gözəllik verirdi hər söz, Mənana.Qəlbi təmiz, xətri əziz gəlindi,Hünərinə alqış deyək gəlin di.Dinləyib özünü bir an gəl indi,Görək hansı eldən gəlib Manana.Elə gözəl şövqlə mahnı oxuyar,Könlüm mahnısını daim ox, uyar.Hər sözündə deyər oxu, oxu yar,Yaşasın deyirəm bax mən ənənə.DEYİRSƏNXətrini dost, qardaş qədər əziz tutduğumuz müdirimiz Cavanşir Güləhmədova dost zarafatı ilə.Gözlərim qalıbdır Vətən yolunda,Bü günümə də sən ömür deyirsən?!Durmusan üstümdə bir müdir kimi,Addım başı mənə əmr deyirsən.Bir mərhəmət göstər qoy cavab olsun,Səxavət əməlin bir savab olsun,Fəhlənin yediyi xaş, kabab olsun,Al əlinə sümük sümür deyirsən.Xəbərimiz yoxdur zümrüd, daş-qaşdan,Məvacibmiz çıxır elə bil daşdan,Xıdır söz salanda nə vaxt ki, maaşdan,“Götür süpürgə, yer süpür”, - deyirsən. ŞəhidlərƏdəbi məşələ dönüb həyatı,Xalqının yolunda yanıb Şəhidlər.Vətənin dar günü canından keçib,Nəcib əməlini danıb Şəhidlər.Nə vaxt Azərbaycan dara düşübdü,Qarabağ tilsimi tora düşübdür.Ellər qaçqın, yurdlar qora düşübdür,Torpağın tapdanmış qanıb Şəhidlər.Sarsıda bilməyib onları şaxta,Döyüşüb, vuruşub qarda, sazaqda.Bir dərdli görəndə hansı ocaqda,Özünü o, insan sanıb Şəhidlər.Başı üsdən yağış kimi od səpər,Sinəsi gülləyə olubdur sipər.Məzarın ziyarət bilib el öpər,Azadlığın hər an anıb Şəhidlər.***Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısı olmuş mərhum gizir Ramiz Məmmədovun xatirəsinə həsr edirəm.Gəzmə belə yasdı qar,Gözü yaşlı nazlı yar.Ayrılmazdım sizlərdən,Fələk belə yazdı, yar!Ötən günü duymazdım,Bu dünyadan doymazdım.Dərd yaxamı haqlandı,Heç onu mən saymazdım.İgid bir mən gizirdim,Hamıyla şən gəzirdim.Xalqa gülüş verəndə,Öz ağrıma dözürdüm.Məhər müəllimUniversitetdə zəif oxuyan tələbələrin dilindənBir yuxu görmüşəm bu keçən gecə,Təlx oldu ovqatım səhər, müəllimGörürəm səhrada atla gedirəm,Yıxdı birdən məni kəhər müəllim.Bu universitetə girəndən bəri,Sürünə-sürünə keçdim illəri.Gələndə vaxtı hər zaçot günləri,Ömrüm-günüm olur zəhər müəllim.Smestr imtahan durur önümdə,Ürəyim çırpınır quş tək sinəmdə.Kimdən kömək umum bu dar günümdə,Bilmirəm edim nə təhər müəllim.Atama-anama çatmayır əlim,Neyləyim başıma girməyir bu elim.Bir “üç” verin çıxıb gedim mən ölüm,Vallah, boğur məni qəhər müəllim.Bir olmaz barmağın əldə beşidə,Səxavət gərək hər bir ər kişidə.Döyünür ürəyim sanki şüşədə,Qurtar məni dardan, Məhər müəllim.A TapdıqDarvazlı Tapdıq HacıyevəÇatıbdı ellərə yazın müjdəsi,Bəlkə də başlayıb əkin, a Tapdıq.Özünü dünyada bəxtəvər sandın,Ömrün keçdi çöldə nəkin, a Tapdıq.Getməyir xəyaldan o ötən çağlar,Bəzənmiş gəlintək yamyaşıl dağlar.Hər döşündə sərin bir çeşmə saxlar,Səni gözlər hər dağ, dikin a Tapdıq.Dosta sadiq oldun çətində, darda,Başın üstün aldın, olmusan harda.Mənliyin görmədim dövlətdə, varda,Mənası yox ömrün təkin, a Tapdıq.Keçdiyin yollardan yenə keçəydin,Arandan yaylağa qonaq köçəydin.Köhnə binə yerin məskən seçəydin,Ata yurduna baş çəkin, a Tapdıq.Vətən harayına özün hay verdin,Xalqın yolunda candan pay verdin.Qeyrətlə düşmənə neçə say verdin,Az oğul gördün sən təkin, a Tapdıq.ElmirCücərib qəlbimdə sevgi toxumu,Sayır günlərini, ayını, Elmir.Tələsir vüsala tez çatsın bircə,Çatdırsın evində toyuna, Elmir.Rahat yata bilmir onsuz gecə də,Diksinir gələndə hər səs küçədə.Bir-birinə oxşar görün necə də,Elə bil tapıbdır tayını, Elmir.Məktəbə aparıb, evə gətirir,Gününü onunla birgə ötürür.Verdiyi sözlərə əməl yetirir,Verir hə bayrama payını Elmir.MahuzarAllahım mehriban yaradıb səni,Saf qəlbin çiçəkdən zərif Mahuzar.Hər gələn qonağa hörmət eylədin,Otaqlara xalı sərif Mahuzar.Şən gördüm həmişə sənin ovqatın,Paylanar dostlara bayram sovqatın.Olmaz sənin kimi gəlin, ev qadın,Yaraşır şəninə tərif, Mahuzar.Allah pənah durar balan Turala,Elin bir gözəli ona yar ola.Oynayıb toyunda hamı yorula,Sizə xeyir-dua verif, Mahuzar.Əslim Borçalıdı, Orucoğluyam,Əzəldən çöllərə qəlbən bağlıyam.Bir əmanət gül ver, əziz saxlayam,Sevimli bağından dərif, Mahuzar.DediQəlbimi söylədim sevdiyim qıza,Bilirəm dərdimdən xəstəsən, -dedi.Könlümü vermərəm hər zaman sənə,Adi sözlə məni istəsən, - dedi.Yarana arada məhəbbət, inan,Ömür yollarında qoy olsun sınam.Sənin kimi mən də oduna yanam,Arzuya çatarsan gözəlsən, - dedi.Atadan-babadab olubdur adət,Üzə gülməyibdir asan səadət.El yolunu eylə səndə itaət,Bəxtin üzə gülər izdəsən, - dedi.Mən səni özümə həmdəm bilirəm,Dərdimi səninlə birgə bölürəm.Harada olsam da qaçıb gələrəm,Məni saf ürəklə səsləsən, -dedi.Söylədim ay Xıdır, bir qulaq asın,Qismətin olaram yazısa yazın.Mən çəkərəm ömrüm boyu hər nazın,Arada məhəbbət bəsləsən, - dedi.BayatılarAnam Nazxanım Abdulla qızının xəstə yatan vaxtı sözlərini, fikirini bayatıya çevirdim.Ümid yerim Zahiddi,Mənə görə şah idi.Gözüm onu axtarıb,Allah mənə şahiddi.Dilim deyir əmim hey,Batır suda gəmim hey.Gözüm gəzir qohumu,Niyə gəlmir kimim hey.Başın qatır o al-ver,Köçüb gedim qoy yol ver.Çadır vida mərasim,Ay əzizim bir-bir əl ver.Endim dağdan düzə mən,Bacarmadım dözə mən.Ha istədim yaşayım,Çatamadım yüzə mən.***Qızım Könülün toy günü münasibətilə yazdığım şeirBu nə gözəl bağdı yar,Açdı məndə bəxtiyar.Qızım gəlin köçübdür,Olsun yarla bəxtiyar.Məktub yazdım Qulama,Toxunmasın balama.Qızım orda gəlindir,Yaxşı baxsın balama.Boyu bəstə Fatmadı,Onsuz nənə yatmadı.Dilim qızım haraylar,Heç səsim də çatmadı.Sözüm çatar Ordubada,Şənlik olar dörd obada.Qızım gəlin köçən ilDönüb olar yurd abada.Göy maşınım “Belarus”du,Dildə sözüm Əruzdu.Qızım gəlin köçən evOlsun görüm belə ruzdu.XIDIR ORUCOĞLU,“Qızıl Qələm” və “Abdulla Şaiq” mükafatları laureatı,Azərbaycan Jurnalistlər Birliyinin üzvü."ŞƏRQİN SƏSİ" qəzeti,Dekabr, 2011.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.