Aliyə Əsədova: Şeirlər MEDİA » "Şərqin səsi" 1 Nisan BAĞIŞLASəni sabahda axtarmışdıayın oğrun nəfəsi,danışmağa cəsarətin olmadı,Bilirsənmi,ləpələr üşüyəndəsəni səsləmişdimSənsə....-"qəddarsan"-demişdin.Dalğalar səni boğandaməni haraylamışdınMənsə...indi bilmirəm hardasan,qəddarlığıma görəməni bağışla.ADIMI ÇƏKMƏMəni görürsənmi?bir baxbax bu tərəfə-rus küknarlarına tərəf,ordayam,gülümsə,elə bil ki məni gördüngözünü çəkmə.Ətirləri sevirsənmi?Sevdiyini qoxla, iyləParis havasında-ordayam,elə bil ki o mən idimxatırla, xatırlaolduğum yerlərdə,adımı çəkmə.CƏNAB VƏKİLSusqunluğundayarımçıqların baxışları,bu yer kimi aləmdən təcridməkan bağlılıqları,sakit nəfəsin danışıqları.Burdan keçən məsafələrhəssaslıqlar, titrəmələrburda üşüyən həyatbağlı yollarkəsişən nöqtələr,üçbucaq, dördbucaq işarələr,çarpaz məsafələr...bilirsən ki hardasan-bu da ki dayanacaq.İfadəsiz düşüncələr,yorucu anlatmalar-eşitməyə məhkumsan.Cənab vəkil! buyur keçindi hakim danışacaq.OYUNCAQ OYUNU.Oyuncaq oyunu öyrədəcəkdimdüzəldəcəkdim ki biləsənnecə olur;-əvvəl nədən başlanır, axırbitir harda,sonra yığacaqdımqalaq-qalaq, üst-üstəatacaqdım kiçik əllərimləgenişliyə-görünməzliyəqucaq-qucaq, dəstə-dəstə,bu oyuncaq dünyayaoyuncaq əllərimlə.Kimi sevinəcək, götürərək birinisadəcə saxlayacaq bir əzizəşya kimikimi də itələyib rədd edərəknifrətlətüpürəcək bəlkə də .Bizvə qoyub getdiklərimizsadalanır beləcə.Titrək-titrəkTitrək-titrək…..əllər yarı uzanıqlı….nəfəs daralır təngiməkdən….Yarpaqlar qorxur vaxtsız tökülməkdənhey əsdikcə…meh gələn kimi…insan qorxudan, ya sətəlcəmdəntitrəyir titrədikcəqəzəbindən yanıqlı….sətrin cümləsi, nidasıtitrək-titrək…. titrək-titrək….Ovuc- ovucOvuc-ovuc…Günəşin nuru, Ay işığı…taleyin bir xoşbəxt günüömrün naxışı ….qışın qarıbuz kimi dondurucu,əriyəndəyağış olur, dolur əlləriməisladır,ağladır adamı qədərincəhıçqırıq, göz yaşı…..ovuc-ovuc…… ovuc-ovuc….Əlim gəlmirGötür-qoy elədimsən deyən kimi,bilirsən nə qədəryormuşam başımıfikirləşməkdən,nəticəsi də bu olub;-əlimdən gəlir,amma səninçün etməyəəlim gəlmir.Gecikdiklərim, tələsdiklərimÜmidi yığılmış soyuqlarınüstünə çəkilər GECİKDİKLƏRİM,barmaqlarını qatlaya-qatlayahesablaya-hesablayaxatırlayarkəndönüb sağa-sola-dəyişən, dəyişməyən çevrəyəbaxarkənbir az gecikər TƏLƏSDİKLƏRİM.HəftələrDeyilmək istəyiraçıb söyləmədiklərimhəftənin sıxıb-sıxılan üzündəno biri üzünə adlayan kimidanışacaq deyə bilmədiklərim,deyəcəm nəsəeşidəcəksən nəsəni,üstümdən qoparacaq nələrinsəağırlığınıhəftənin o biri üzü.Yaman üzə düşəndi bu həftələr.Üzdən-üzə düşəndi bu həftələr.Üz-üzünə dəyişəndi bu həftələr.Danışacaq deyə bilmədiklərimeşidəcəklər sizdən birinizi,ya ONU, ya da SƏNİ,ya ÜZÜ ya HƏFTƏNİ.YorğanımaMənə bürünüb dəsinən yorğanım,yuxulusanmış hələ,eh, dünyadan bixəbər…qulağımı dəlib-deşənşütüyən maşınlarınsəsinə oyanır insanlar,səhərlər…sənsə …..yatmısan,hələ də yuxudasan,mənsə……üşüyürəmgözləyirəm , haçan oyanırsan,sən yox , mən səni bürümüşəm–qucaqlamışam.Səhra sakinləriQum dənələritəpə-təpəyarğan-yarğanqırmızı, boz , sarı…Qara yel əsməsi–yenə….yenəburulğan.Uzun yol sənələriüzü günəşə sarısəhra gəmiləri–asta-asta, usta-ustakeçir səhra şəhərininəbədi sakinləri–nə qum , nə yel, nə günəş–keçir dəvə karvanı.MücərrədHissimə hakim bir şeyağlımın diktəsiylə tutdum o anfikri,o bir qapalı,o bir bağlıiçimdə o qədər boğucuata bilsəm başımdan,bəlkə udqunum?,bu da heçasqırım, öskürüm?ən yaxşısı duruməl-üzümü yuyum–başdan-ayağa yuyunum. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.