ZƏFƏR BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN! "Şərqin səsi", "Elm və Təhsil" 7 Kasım 421 Çox doğru deyirlər ki, ölkə o zaman güclü olur ki, onun güclü Milli Ordusu və o ordunun ətrafında sıx birləşmiş xalqı dayanır. Biz bunun bariz nümunəsini bir xalq olaraq Qarabağ müharibəsində gördük.I Qarabağ savaşından otuz ilə yaxın vaxt keçməsinə baxmayaraq, Azərbaycan xalqı torpaqlarını düşmən işğalından azad etmək əzmindən bir an da olsa belə geri çəkilmədi.2020-ci ilin 27 sentyabrında Ali Baş Komandan İlham Əliyevin verdiyi qərar əsasında Qarabağda II Vətən müharibəsi başlandı və ordumuzun igid döyüçüləri düşmən üzərində zəfər çalaraq, torpaqlarımızı terrorçu ermənilərdən azad etdilər.Qarabağın baş tacı olan Şuşa 8 noyabr tarixində böyük çətinliklə olsa da qəhrəman hərbiçilərimizin, XTQ-in gücü və iradəsi sayəsində düşməndən geri alındı. Otuz il ərzində düşmən tərəfindən çəkilmiş beton hasarların, tikanlı məftillərin, qazılmış xəndəklərin olmasına rəğmən, igidlərimiz sıldırım qayaları aşaraq, o sədləri yıxaraq torpaqlarımızı azad etdilər. 44 (qırx dörd) gün ərzində Şuşanı, Füzulini, Qubadlını, Kəlbəcəri, Ağdamı, Zəngilanı, Cəbrayılı,Laçını, Xocavəndi, Suqovuşanı və yüzlərlə kəndlərimizi azadlığına qovuşdurdular.Artıq 44(qırx dörd) günlük II Vətən müharibəsindən iki il keçməsinə baxmayaraq, ölkəmiz o sevinc gününü hələ də yaşamaqdadır.Biz Azərbaycan xalqı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizə bu sevinci yaşadan nizami, Milli Ordumuzun əsgər və zabitlərini, könüllü döyüşçülərini, bütün hərbi heyətini, baş da canından, qanından keçən şəhidlərimizi heç vaxt unutmayacaq, yaddan çıxartmayacağıq.Artıq ikinci ildir ki, ölkəmizin bütün dövlət müəssisələrində, idarə və təşkilatlarında,təhsil ocaqlarında 44(qırx dörd) günlük müharibənin zəfərlə bitməsi günü qeyd edilir. Bu gün də “Zəfər bayramı” na hazırlıqlar gedir. Hər bir azərbaycanlı bu günü qürurla, iftixarla xatırlayır və “Böyük Qələbə” ni arzulayır. Otuz il işğalda qalan torpaqlarımızı cənab prezidentin ağıllı və uzaqgörən siyasəti ilə igid döyüşçülərimiz düşmən əsarətindən xilas edə bildilərsə, demək “Böyük Qələbə” də uzaqda deyil, onu da bizə yaşadacaqlar. Biz buna çox inanırıq.Həmişə olduğu kimi hələ bu gün də etməni təxribatları davam edir. Cənab prezidentin dediyi kimi “nə qədər ki,onlar öz məğlubiyyətləri ilə barışmağı qəbul etməyəcəklər, bu sözsüz ki, onların ziyanına işləyəcəkdir. Çünki zaman heç nəyi gözləmir”.Azərbaycan sülhsevər ölkədir. Azərbaycan xalqı da belə bir ölkənin vətəndaşı olmaqla dünyaya göstərmək istəyir ki, bu millət heç vaxt kimsənin torpağını işğal etməyib, kimsənin torpağına göz dikməyib və kimsənin varında, dövlətində, sərvətində tamahı olmayıbdır. Tanrı tərəfindən təbiət bu torpaqdan nə yerüstü, nə də yeraltı gözəlliklərini əsirgəməyibdir. Hətta, bu torpağa zaman-zaman pənah gətirənlərə əl uzadıb, qucaq açıb, çörəyini bölübdür. Nə yazıq ki, məfur ermənilər bu yaxşılığa xəyanət,nankorluq etdilər. Belə nankorluq üzündən biz şəhidlərimizin, yaralılarımızın acısını yaşasaq da, sonunda oğullarımız zəfər qazandılar.Sözsüz ki, müharibə şəhidsiz, yaralısız olmur. Lakin, bizim igidlərimiz haqq savaşında şəhid oldular. Onların hər biri öz oğulluq missiyasını ləyaqətlə yerinə yetirdi, elə bir qəhrəmanlığa imza atdılar ki, dillərdə dastana döndülər. Şəhidlərə “ölməzlər” deyirlər. Bu sözdə nə qədər həqiqət var bilmirəm, amma onu bilirəm ki, ölümlərin ən şərəflisi şəhidlikdir. Doğrudan da şəhidlik ölümsüzlük, ölümün ən uca məqamı deməkdir. Axı şəhidlik də hər kəsin qismətinə yazılmır. On minlərlə igid oğullarımız canlarından keçmək üçün Vətən müharibəsinə getdilər, döyüşdülər, yaralandılar, fiziki sağlamlıqlarını itirdilər. Lakin, şəhid olmadılar. Amma, müharibənin dəhşətlərini görən igid döyüşçülərimizə də “canlı şəhidlər”deyirlər. Əslində bu söz çox yerində deyilmişdir. Çünki, onların gördüyü dəhşətləri sözlə ifadə etmək çox çətindir.Bu gün biz Azərbaycan vətəndaşı olaraq hər bir şəhidimizin ruhu qarşısında baş əyirik, qazilərimizə, döyüşçülərimizə şəfa diləyirik. Onların valideynlərinə belə oğullar böyükdükləri üçün çox sağ ol deyirik.Hərbiçilərin belə bir sözü var, deyirlər ki, “hərbiçilər yeganə peşə sahibləridir ki, atışma zamanı hər kəs geriyə qaçdıqda, hərbiçilər irəliyə, ölümün üzərinə yeriyirlər”...Bu gün biz “Zəfər günü” sevincini bir də ona görə yaşayırıq ki, Qarabağın həsrətli gözü yollardan yığılıb, bu gün “Xarı bülbül” nalə çəkib ağlamır, “İsa bulağı”, “Cıdır düzü” sızlamır. Bu gün dahilərimizin ruhu Qarabağın səması üzərində dolaşır. Bu gün Qarabağdan məcburu didərgin düşmüş insanlar öz dədə-baba yurdlarına dönəcəkləri günü səbirsizliklə gözləyirlər. Qarabağa köç başlasa da orada görüləcək işlər hələ tamamlanmayıb. Cənab Prezident İlham Əliyev yorulmadan çalışır, Qarabağda gedən quruculuq, bərpa, təmir-tikinti işlərinə şəxsən özü nəzarət edir. Tez-tez Qarabağın işğaldan azad olunmuş yerlərində olur. Mənfur düşmənin otuz il ərzində xarabazara çevirdiyi kəndlərimizin minalardan təmizlənməsi işi çətin bir prosses olsa da sürətlə həyata keçirilir. Biz inanırıq ki, “Zəfər günü”nü bizə yaşadan oğullarımız, tezliklə “Böyük Qələbə” də qazanaçaqlar. Ali Baş Komandanın dediyi kimi “Biz Qarabağa döndük, özü də həmişəlik, əbədi olaraq döndük”QARABAĞ AZƏRBAYCANDIR!“ZƏFƏR”bayramınız mübarək! PƏRİXANIM MİKAYILQIZI,“Şərqin səsi” və “Elm və Təhsil”qəzetlərinin baş redaktoru, AJB-nin üzvü, F.b.Köçərlinin araşdırmaçısı, Dövlət qulluğunun baş müşaviri, “Xarı bülbül”, “X.b. Natəvan” medallarının və bir çox media mükafatlarının laureatı ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.