"YENİ YOL" qəzetinə uğurlar arzulayırıq!.. "Yeni yol", Tv, Qarayazı 16 Aralık Bildiyimiz kimi, əgər Sovet dövründə - ötən əsrin 60-80-ci illərində Gürcüstanda Azərbaycan dilində bir mərkəzi ("Sovet Gürcüstanı", indiki "Gürcüstan") və 4 rayon qəzeti (Başkeçiddə - indiki Dmanisidə "Trialeti", Bolnisidə "Qələbə Bayrağı", Sarvanda - indiki Marneulidə "Yeni Marneuli" (sonralar "Kvemo Kartli") Qarayazıda - indiki Qardabanidə "Samqori") çap olunurdusa, XX əsrin sonlarında vəziyyət daha da pisləşmiş, rayon qəzetləri bağlanmış, mərkəzi "Gürcüstan" (keçmiş "Sovet Gürcüstanı") qəzeti isə həm həcmini, həm də dövriliyini azaltmağa məcbur olmuşdur. Həftədə 3 dəfə 2 çap vərəqi həcmində Azərbaycan dilində çap olunan yeganə qəzet, həfətədə yox, ayda 2-3 nömrə, həm də kiçik formatda 4 səhifə olmaqla çətinliklə də olsa özfəaliyyətini davam etdirməyə çalışmışdır.Gürcüstan müstəqillik əldə etdikdən bir neçə il sonra, daha dəqiq desək, XXI əsrin əvvəllərindən burada vəziyyət bir qədər yaşılığıa doğru dəyişmişdir. Belə ki, son dövrlər Gürcüstanda Azərbaycan dilində bir neçə qəzet və jurnal nəşr olunmağa başlamışdır. Xüsusilə də Tiflisdə Azərbaycan ədəbi mühiti yenidən canlanmağa başlamışdır. Doğrudur, onların bəziləri artıq fəaliyyətini dayandırmış, bəziləri də ara-sıra fasilələrlə oxucularının ixtiyarına verilir.Amma böyük fərəhlə qeyd etməliyik ki, Qarayazıda (indiki Qardabanidə) “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nın təsisçiliyi və istedadlı qələm sahibi, tanınmış şair-jurnalist Afiq Muxtaroğlunun redaktorluğu ilə 2015-cil ilin iyun ayından start götürərək müntəzəm nəşr olunan "YENİ YOL" qəzeti, az müddət ərzində maraqlı yazıları ilə oxucularının rəğbətini qazanıb. Qəzetin artıq 36 sayı işıqüzü görüb.Bu günlərdə Gürcüstan müxbirimiz Mirzə Məmmədoğlu "YENİ YOL" qəzetinin redakiyasında olmuş, qəzetin rektoru Afiq Muxtar oğlu ilə görüşüb ondan müsahibə almışdır. Biz də "Yeni yol" qəzetinə şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayır və aşağıda həmin müsahibəni dəyərli izləyicilərimizə təqdim edirik.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.