Siyasi elmlər doktoru, professor EMİLİA ALAVERDOVA (1978) "XXI əsrin Ziyalıları", Tiflis 13 Nisan ALİMLƏRİMİZİ TANIYAQ VƏ TANIDAQ!.. Emilia Vidadi qızı Alaverdova (Mollayeva) - 1978-ci ilda Tbilisi şəhərində anadan olub. 1996-cı ildə Tbilisidəki 70 nömrəli orta məktəbi ekstern yolu ilə bitirib.2002-ci ildə Tbilisidəki Ilia Dövlət Universitetinin xarici dillər fakültəsinin "İngilis dili" proqramına qəbul olub. 2007-ci ildə "İngilis və ispan dilləri filologiyası" ixtisasını bitirib. 2008-ci ildə Gürcüstan Diplomatiya Akademiyasının (DAG) Beynəlxalq Münasibətlər Bölməsinin magistratura şöbəsinə qəbul olub.2010-cu ildə həmin akademiyanın Beynəlxalq Münasibətlər ixtisası üzrə magistr dərəcəsini qazanib. Elə həmin ildən də həmin akademiyada əmək fəaliyyətinə başlayıb. Həm müəllim, həm də prorektorun muavini vəzifəsində çalışıb. 2013-cü ildə dissertasiya müdafiə edərək "Siyasi elmlər doktoru" alimlik dərəcəsinə layiq görülüb. 2014-cü ildən Tbilisi Dövlət Universitetinin Gürcüstan Kompleks İnkişaf Məsələləri Tədqiqat Mərkəzinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiridir.O, eyni zamanda, Gürcüstan Texniki Universitetinin Hüquq və Beynəlxalq əlaqələr fakültəsinin professorudur.Professor Emilia xanım Alaverdova 44 Beynəlxalq Elmi Konfransın və Beynəlxalq Birnece Erasmus+ Layihələrinin iştirakçısıdır.Tədqiqat sahələri əsasən Avropa və Rusiyada din və miqrasiyadır.Azərbaycan, rus, gürcü, ingilis, ispan və yunan dillərini bilir. Professor Emilia xanım Alaverdova "Uğursuz dövlətlər və beynəlxalq təhlükəsizlik - çağırışlar və təhdidlər" ("Abxaziya, Sxinvali Bölgəsi və Kosovanın Tanıma Müqayisəsi Təhlili" fəsili, naşir - Milli Müdafiə Universiteti, Varşava, Polşa, 2015, ISBN 978-83-9320-65-7-5), "Qloballaşma, yoxsulluq, qeyri-bərabərlik və davamlılıq" ("Miqrasiya Proseslərinin Müasir Dünyaya təsiri" fəsili, naşiri - IJOPEC, Londonda və İstanbulda distribyutorlar şəbəkəsi, Londonda çap ISBN: 978-1-912503-76-6) və "Turizm vasitəsilə bilik mübadiləsi, yaradıcılıq və innovasiyanı sürətləndirmək" ("Dini turizm, Rusiyadan bir iş paylaşma və bir ticarət mənbəyi kimi" fəsili, naşir - igi-global.com, Hershey, Pennsylvania, USA İyun, 2020-də yayımlanması planlaşdırılır) adlı 3 kitabın həmmüəllifdir. O, həmçinin "İngilis və Çin dili" jurnalının (ABŞ, David Nəşriyyat Şirkəti, 616 Korporativ Yol, Suite 2-4876, Valley Cottage, NY 10989 - http://www.davidpublisher.org/ index.php /Home/Journal/detail?journalid=38&jx=ucfl&cont=reviewers) Redaktorlar Şurasının, eləcə də, "Avropa İqtisadiyyat, Hüquq və Siyasət" jurnalının (http://elpjournal.eu/editorial-board/), IJOPEC Nəşrinin (London-İstanbul - http://www.ijopec.co.uk/editors/) ELP Redaksiya Heyətinin,"Təhsil, Mədəniyyət və Cəmiyyət" jurnalının (https://jecs.pl/index.php/jecs/about), "Dergipark Akademik, Beynəlxalq Sosial və Təhsil Elmləri" Jurnalının (Ankara, Türkiyə - https://dergipark.org.tr/tr/pub/@emily78) Redaksiya Heyətinin üzvü və "Dünyada Dini Turizmin İnkişafı" adlı kitabın (gi-global.com, Hershey, Pennsylvania, Amerika Birləşmiş Ştatları - ttps://www.igi-global.com/publish/call-for-papers/call-details/4593) redaktorudur.Emilia xanım həm də gözəl anadır. Evlidir, 25 yaşında 1 oğlu var.Biz də ZiM.Az-ın yaradıcı heyəti adındanGürcüstanda yaşayıb-yaradan dəyərli soydaşımız, tanınmış alim və ictimai xadim,siyasi elmlər doktoru, professor Emilia xanım Alaverdovaya uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, eləcə də, elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.