Azərbaycanın Milli Qəhrəmanı - Borçalı balası Cəlil Səfərov ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Unutsaq, unudularıq!.. 11 Şubat UNUTSAQ, UNUDULARIQ!... Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidiCəlil Səfər oğlu Səfərov 28 yanvar 1962-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Marneuli rayonundakı Lejbəddin kəndində dünyaya göz açmışdı. Sonralar ailəliklə Sumqayıt şəhərinə köçmüşlər. 1969-1977-ci illərdə Sumqayıtdakı orta məktəbdə təhsil almışdır. Səkkizinci sinfi bitirdikdən sonra 1977-ci ildə Bakıdakı C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmuşdur.1980-cı ildə liseyi müvəffəqiyyətlə başa vurduqdan sonra təhsilini Vladiqafqaz Hərbi Raket-Zenit Komandirlər Məktəbində davam etdirmişdir. 1984-cü ildən Qazaxıstanın Priozorsk və Balxaş şəhərlərində işləmişdir. 8 il sonra Qarabağ savaşı başlayanda könüllü olaraq Azərbaycana qayıtmış, Azərbaycan Müdafiə Nazirliyinə müraciət etmiş, Qarabağda baş verən hadisələrin yaşadıqları yerdən-yurddan asılı olmayaraq, bütün qeyrətli oğlanlar kimi ona da rahatlıq vermədiyini bildirmişdir.Nazirlik onu hərbi mütəxəssis və təcrübəli zabit kimi əvvəlcə mərkəzi qərargahda - nazirlikdə saxlamışdır. Bir qədər sonra isə Cəlil Səfərov Müdafiə nazirindən onun ön cəbhəyə getməyə icazə verməsini xahiş etmiş, döyüş nöqtələrində erməni quldurlarına qarşı vuruşmaq niyyətində olduğunu bildirmiş və qeyd etmişdir ki, "mən kabinetlərdə işləməyə deyil, cəbhəyə getməyə gəlmişəm."Onun bu təkidləri nəticəsiz qalmamış, Nazir onun xahişini yerinə yetirmişdir. Cəlil Səfərov 1992-ci ilin aprel ayında Qarabağa ezam olunmuşdur. Əvvəlcə Laçın-Şuşa bölgəsində, sonra isə Turş-su istiqamətində gedən ağır döyüşlərdə fəal iştirak etmiş, yoldaşlarını döyüşə ruhlandırmış, tezliklə qələbə çalacaqlarını bildirmişdir. Ezamiyyət müddəti başa çatdıqdan sonra o, təkrarən müdafiə nazirinə müraciət etmiş, Azərbaycan vətəndaşı olmasa da Şuşada qalmağa icazə verməsini xahiş etmişdır. Nazirlik bu dəfə də onun xahişini müsbət qarşılamışdır.Cəlil Səfərov Şuşa cəbhəsində dəqiq atəşlərlə erməni yaraqlılarının və canlı qüvvələrinin məhv edilməsinə başçılıq etmişdir. Onun başçılığı ilə dəqiq top atəşləri nəticəsində ermənilər ağır itkilər vermişdir. 1992-ci ilay ayının 15-də Şuşanın Turşsu-Zarıslı kəndi istiqamətində gedən döyüşlərdə yenə də erməni dəstələri ilə qarşı-qarşıya, göz-gözə dayanan əsgərlər ölüm-dirim vuruşu apararkən hamı bir şeyə inanırdı: Allah bu haqsızlıqları xain qonşulara bağışlamayacaqdır. Azərbaycan əsgərinin haqq işi qalib gələcəkdir. Həmin gün Cəlil yoldaşlarını yenə də qələbəyə ruhlandırmışdı. Onlar da bu qısa müddətdə yaxşı bilirdilər ki, Cəlil sözünün sahibidir, əməli həmişə sözünü tamamlayandır. Nə isə... Cəlil bilmirdi ki, bugünkü döyüş onun axırıncı dəfə əlinə silah götürdüyü gün olacaqdır. Lakin mən əminəm ki, belə oğullar ölümlərini qabaqçadan bilsələr belə, yenə də sinələrini doğma Azərbaycan torpağına, arxada qoyub gəldikləri ata-analarına, bacı-qardaşlarına, körpələrinə sipər edərlər. Mayın 15-də xeyli düşmən yaraqlısı məhv edən cəsur zabit Cəlil Səfərov da sinəsini sipər etdi, ağır yapalandı, qanaxma onu taqətdən saldı... və qəhrəmancasına şəhid oldu...O, Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edildi...Həmin gündən çox da keçmədi. Cəlil Əziz oğlu Səfərovun komandirləri onun göstərdiyi şücaətlər barədə yüxarı təşkilatlara raportlar göndərdilər. Və nəhayət, Azərbaycan Pespublikası prezidentinin fərmanı ilə 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə bir qrup Azərbaycan əsgərinə, o cümlədən Səfərov Cəlil Əziz oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi. Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov haqqında ZiM.Az-da dərc olunan məqaləmizə Vidadi Məməddrzayev adlı oxucumuz FACEBOOK-da belə bir rəy yazmışdır:"-Cəlil ziyalı ailəsində anadan olmuşdu, atası Əziz Səfərov Sumqayıt şəhərinin baş memarı idi, əslən əlbəttə, Marneuldən idi. Səfərovlar böyük nəsildirlər. Cəlilin anası Rəna xanım əslən Gəncədən idi. Sumqayıt Boru prokat zavodunda baş ginekoloq işləyirdi, dayısı Dəmir müəllim Sumqayıtda Azİ-nin filialinda, institutda dekan işləyirdi, indi həmin institut Dövlət Universitetidir. Atası Əziz çox bacarıqlı, hərtərəfli biliyə malik insan idi, elə rəsm əsərleri var ki, ən səviyyəli muzeyləri bəzəyəcək şedevrlərdi, Lejbəddindəki evi əsl memarlıq nümunəsidir, həmin evin otaqlarını onun rəsm əsərləri bəzəyir, ən yaxşı mahir ovçu idi, gözəl saz çalırdı, bacarığının, talantının hansını deyesen... bunları yazmaqda məqsədim odur ki, belə ziyalı, patriot ailədə böyüyən, tərbiyə alan bir gənc, bu səviyyədə Vətənə torpağa bağlı olmalı və Milli Qəhrəman səviyyəsinə çatmalıydı. Borçalılılara xas olan qəhrəmanlıq, Azərbaycanın dərdini, problemini ozununki sayan borçalılılar həmişə Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşə həmişə hazır olmuş, neçə-neçə şəhid vermişlər, bu gün də döyüşə hazırdırlar. Cəlilə və digər şəhidlərimizə Allahdan rəhmət diləyirik!.."Bax: FACEBOOKBəli, həmyerlimiz Cəlil özünün ölümü ilə ölməzlik, əbədiyyət qazandı. Bakının Şəhidlər xiyabanında uyuyan Azərbaycanın Milli Qəhrəmanı Cəlil Səfərov yalnız borçalıların, təkcə Azərbaycan respublikasının deyil, dünyada yaşayan butun azərbaycanlıların fəxrinə çevrilənlərdən biridir.Cəlil Əziz oğlu Səfərov ailəli idi, iki övladı yadigar qalıb. Sumqayıt şəhərindəki 10 saylı məktəb qəhrəmanımızın adını daşıyır.Gürcüstan Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb.Allah rəhmət eləsin!.. Ruhu şad olsun!..Müşfiq BORÇALI,ZiM.AzMy Webpage[media=https://www.facebook.com/magtv.azerbaijan/videos/995824650619097/]. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.