“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”

“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”Həkim-hepatolq Mahirə Qədirova:

“Hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırmaq düz deyil”


Müasir dövrdə təbabət nə qədər sürətlə inkişaf etsə də belə, əhalinin sağlıq problemi hələ də həllini yetərincə tapmayıb. Bəzi məlumatlara görə 1100-dən artıq infeksion xəstəliklər mövcuddur. Müxtəlif viruslara yoluxma ilə əlaqədar əmələ gələn qaraciyər xəstəlikləri də bu qrupa daxildir. Hepatit xəstəliyinin törədiciləri və onların daha çox hansı orqanın zədələnməsinə səbəb olması barədə məlumatların aşkarlanması çağdaş tibbin ən aktual məsələlərindəndir. Qaraciyər xəstəliklərinin sarılıq əlamətləri ilə müşayət olunması hələ Hippokrat və İbn-Sina kimi qədim dövr təbiblərinə də məlum idi. XX əsrin sonlarından başlayaraq, hepatitlərlə əlaqədar araşdırmalar aparılır. Qeyd etmək lazımdır ki, viruslu hepatitlər çox etiologiyalı xəstəliklərdən olub, qaraciyərin morfofunksional dəyişikliklərinə səbəb olur. Məlumdur ki, hazırda A, B, C, D (delta) E, G, TTV və s. virus hepatitləri vardır. Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsinin olduğu məlumdur (ölkəmizdə də bu cür xəstələrin sayı son illər xeyli artıb). Təəssüf ki, bu, İİV/QİÇS virusuna yoluxmadan 10 dəfə çoxdur. Planetdə hər üç nəfərdən biri bu viruslara yoluxur. Nə qədər acı olsa da, qeyd etmək lazımdır ki, hepatit C və B virusları qaraciyər sirrozu, qaraciyər xərçəngi kimi təhlükəli xəstəliklər törədir. Həmin xəstəliklərdən hər il 1,5 milyon, hər 30 saniyədə isə 1 nəfər insan dünyasını dəyişir. Məhz buna görə də, virus hepatitləri probleminin aktuallığını diqqətə çatdırmaq, həlli yollarını axtarmaq və problemə dair digər çoxsaylı məsələləri müzakirə etmək məqsədi ilə hər il bütün dünyada 19 may - Ümumdünya Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Təsadüfi deyildir ki, KİV – də viruslu hepatitlər və onlarınin mənşəyi, yaranması, yayılması, müayinə və müalicəsi haqqında mütəxəssislərin qeydlərinə geniş rast gəlirik. Fikrimizcə, bu gün inkişafda olan təbabətin ən ağrılı problemlərində biri də viruslu hepatitlərdir. Nə qədər deyilsə də, yazılsa da bu barədə dönə-dönə maarifçilik işlərinin aparılması zərurudir. Bunları nəzərə alaraq, biz də Dobromed Hospitalının İnfeksiya şöbəsinin müdiri, qaraciyər və mədə bağarsaq xəstəlikləri üzrə həkim-hepatoloq Mahirə Qədirovadan məsələyə münasibətini öyrənməyə çalışdıq.

DOSYE. Mahirə Valis qızı Qədirova – həkim infeksionist, qaraciyər xəstəliklərinin diaqostika və müalicə sahəsində mütəxəssisdir. İxisası üzrə iş təcrübəsi on ildən çoxdur. Qaraciyər Xəstəliklərinin Öyrənilməsi Üzrə Avropa Assosiasiyanın (EASL) aktiv üzvüdir. Çoxsaylı xarici konqresslərin və konfransların iştirakçısıdır. Virus hepatitlərinin (A, B, Delta, C),qaraciyərin autoimmun xəstəliklərinin (autoimmun hepatit, birincili biliar sirroz və s.), qaraciyərin irsi xəstəliklərinin (Vilson, hemoxromatoz), qaraciyərin alkohol və qeyri – alkohol, piy xəstəliklərinin və s. müalicəsində böyük təcrübəsi, virus hepatitlərinin diaqnostikasında əsas rol oynayan Polimeraz Zəncirvari Reaksiyanin (PCR) metodokası üzrə mükəmməl biliyi vardır.

Doktor M.Qədirova həmçinin, qaraciyər problemi olan hamilə qadınlarının konsultativ yardımı və lazım olduğu halda müalicəsini aparır. Müntəzəm olaraq, imkansız ailələr üçün pulsuz məsləhətlər verir. Hepatit A və B-yə qarşı profilaktik peyvəndləri təyin edir ki, bu da öz növbəsində, həmin viruslara yoluxma imkanlarını aradan qaldırır. O, bir qayda olaraq daimi öz peşəkarlığını artırır və hepatologiyanın son müalicə və diaqnostika yeniliklərini öz praktikasında tədbiq edir.

Beləliklə, mövcud və aktual sağlıq durumu ilə bağlı problemlərlə əlaqədar bizi maraqlandıran suallarla hepotoloq Mahirə Qədirovaya müracuiət edirik. O, aydın və konkret cavab verir:



- Hepatit və onun yaranma səbəbləri, törətdiyi xəstəliklər haqqında ixtisas həkimi kimi nə deyərdiniz?



- Hepatit qaraciyər toxumasının iltihabıdır. O, müxtəlif səbəblərdən baş verə bilər: İnfeksion - hepatit B, C, E,D və s.; toksiki - müxtəlif dərman preparatlardan və alkoholdan; piy hüceyrələrinin qaraciyərdə yığılması nətcəsində; bəzi irsi xəstələkilərdə, autoimmun və digər müxtəlif amilərdən.


- Hansı mənşədən olan hepatitlər daha təhlükəlidir?


- Müxtəlif proseduralardan – stomatoloji müayinə və müalicədən, əməliyyat və manipulyasiyalardan, qadın salonlardan, tatuajlardan, nakolkalardan və s. Son vaxtlar cərrrahi əməliyyatladan yoluxmanı görmürik. Bilirsiniz niyə, çünki əməliyyatlar çox güclü sterilizasiya şəraitində aparılır.


- Hepatitlərlə yoluxma riski barədə nə demək olar və onun qarşısını almaq üçün nə etmək lazımdır?

- Hepatit B üçün risk imkanı genişdir. Belə ki, azacıq qan kütləsi kifyətdir ki, yoluxma baş versin. Hepatit C – yə gəlincə, daha acıq yara və ya çoxlu qan kütləsi lazımdır.


- Hansı tip hepatit daha qorxuludur və niyə?


- Hepatit özü qorxulu deyil, onun fəsadı – sirros qorxuludur.


- Hepatitlərdən xilas olmaq olarmı?

- Bundan ötrü birinci növbədə profilaktik peyvənd aparılmalıdır. Hepatit C yə qarşı peyvənd yoxdur. Qeyd etmək istərdm ki, əsassız yerə bəzən hepatit viruslarına yoluxan şəxslərin qab-qacaqlarını ayırılar. Bu, düzgün deyil. Sadəcə, gigiyenik qaydalara riayət etmək lazımdır.


- Bəzi hepatoloqlar belə hesab edirlər ki, bütün tip hepatitlər müalicə olunur. Ancaq bunun üçün uzun vaxt lazım gəlir. Doğrudanmı belədir?

- Hepatit B müalicə olnmur. Mualicənin məqsədi – virusu qeyri-aktiv formaya keçirtməkdir.


- Hepatitlər üçün qida normalrı varmı?

- Xüsusi pəhriz yalnız kəskin hepatitlər zamanı gözlənilməlidir, məsələn, sarılıqda. Xroniki hepatitlərdə isə bəzi məhdudiyyətlər nəzərdə tutulur. Əsasən alkoqodan və sigaretdən istifadə məsləhət görülmür. Artıq bədən çəkisi olan hepatitli xəstələr isə çəkilərinin azaltmalıdırlar.


- Belə xəstələrin xalq təbabəti üsulları ilə malicəsi mümkündürmü?

- Mümkün deyil. Ancaq bu yolla qaraciyərin funksiyasını yaxşılaşdırmaq olur.


- Qanı yumaqla, yaxud virusu dondurmaqla onun aktivliyini sıfıra endirmyin mümkünlüyünü deyirlər. Bu üsulla hepatit viruslarını tamamilə aradan götürmək olarmı?

- “Qanın yuyulması” fikri səhvdir, lakin qeyri - aktiv daşıyıcılıq hepatit B üçün mümkündir. “Qanın yuyulması” fikri səhvdir, bu prosedurun virus hepatitlərin müalicsində köməyi yoxdur

- Bir az da peyvənd haqqında danışın. O hansı yaşda və hansı mərhələlərlə aparılır?

- Hepatit B və A viruaslarına qarşı peyvənd tətbiq edilir. 1999 ildən Azərbaycanda yeni doğulan bütün uşaqlar müvafiq dövlət proqramı üzrə (hepatit B – yə qarşı) peyvənd olunur. Ailə üzvlərinə peyvənd xüsusi sxemlə vurulur. Bu, çox vacibdir!


- Deyirlər ki, hepatit əleyhinə peyvəndlər xərçəng riski yaradır. Bu nə dərəcədə doğrudur?

- Xeyr, doğru deyildir!



- Hepatitlərə yoluxma ehtimalı hansı yaşda daha çox müşahidə edilir?

- Uşaq vaxtında yoluxduqda hepatit B çox vaxt xroniki formaya düşür və ömürlük qalır. Yuxarı yaşlarda isə əksər halarda kəskin olub, sağalma ilə nəticələnir.


- Bu xəstəliyə yoluxanlar sanki özlərini cəmiyyətdən təcrid olunmuş hesab edirlər və ya əksinə onlardan qaçırlar. Yəni, bu o qədər təhlükəlidir?

- Xeyr! Onlar sağlam insanlardır və öz xəstəlikləri ilə digərləri üçün heç bir təhlükə törətmirlər.


- Və nəhayət: həkim kimi daha nəyi əlavə etmək istərdiniz?

- Vaxtaşırı profilaktik müayinə olunmaq lazımdır. Belə olarsa, xəstəliyi erkən dövrlərdə qabaqlamaq olar . Gecikdikdə isə digər xəstəliklərdə olduğu kimi, hepatitlərin də qarşısını almaq çətinləşir.

Müsahibəni apardı: Yusif DİRİLİ
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: