Rauf Nəbizadə

Rauf NəbizadəTANIŞ OLUN:

Rauf Zakir oğlu Nəbizadə
1983-cü ildə Tbilisi şəhərində anadan olub. Birinci sinfə Darvaz orta məktəbində getsə də, sonra ixtisasca həkim olan valideynlərinin o vaxtlar Gürcüstanda soydaşlarımıza qarşı aparılan ayrı-seçkilik siyasəti nəticəsində öz iş yerlərini itirərək Bakıya köçmələri səbəbindən birinci sinfin ikinci yarımilindən təhslini Baki şəhərindəki 12 saylı orta məktəbdə davam etdirib.
9-cu sinifdən isə təhsilini Bakı şəhərindəki kimya-biologiya təmayüllü liseydə davam etdirib.
1999-cu ildə orta məktəbi bitirib və elə həmin il Azərbaycan Tibb Universitetinin II Müalicə-profilaktika fakültəsinə daxil olub. 2005-ci ildə həmin Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra Respublika xəstəxanasında neyrocərrahlıq ixtisası üzrə internatura keçirib.
2006-2009-cu illərdə ATU-nun Neyrocərrahlıq kursunda aspiranturada oxuyub və “Bel-oma lokalizasiyalı onurğa-beyin yırtıqlarının müasir diaqnostika və cərrahi müalicə taktikası” mövzusunda apardığı elmi-tədqiqat işinin nəticəsi kimi dissertasiya müdafiə eədərək tibb elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2010-cu ildə neyrocərrahlıq ixtisası üzrə Almaniyada 3 aylıq təkmiləşmə kursu keçib. 2012-ci ildə isə Türkiyənin İzmir şəhərində “Spinal cərrahiyə” üzrə 3 aylıq kurs keçib. 2013-cü ildə Avstriyanın Zalsburq şəhərində ixtisası üzrə 10 gün seminar keçib.
Rauf Nəbizadə hazırda Azərbaycan Tibb Universitetinin Neyrocərrahlıq kafedrasının müəllimi kimi elmi-pedaqoji fəaliyyətlə məşğul olmaqla yanaşı, Respublika Neyrocərrahlıq Xəstəxanasında həkim-neyrocərrah kimi də çalışır.
Respublikamızla yanaşı, xarici ölkələrdə keçirilən elmi konfranslarda iştirak edir. İndiyədək biri xarici nəşrdə olmaqla 7 elmi məqaləsi çap olunub.
Rauf Nəbizadə gəncdir və inanırıq ki, bundan sonra da həm elmi-pedaqoji həm də praktik həkimlik fəaliyyətində əldə edəcəyi daha böyük uğurlarla doğmalarını və bütövlükdə darvazlıları sevindirəcək, Darvazın qürur yerinə çevirlərək həm də Borçalının sayılıb-seçilən elm adamlarından biri olacaq.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: