Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979) Fatimə Rasim qızı Hacıyeva -
1979-cu ildə Bakıda qulluqçu ailəsində
anadan olub.
Əslən qədim Borçalı mahalındandır.
1995-ci ildə Bakıdakı
7 saylı məktəbi
əla qiymətlərlə bitirib.
Elə həmin il N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb Universitetinin
müalicə profilaktika fakultəsinə daxil olub,
2001-ci ildə həmin fakultəni
fərqlənmə diplomu ilə bitirib.

2001-2002-ci illərdə F.Əfəndiyev adına
xəstəxananın bazasında olan
endokrinologiya şöbəsində internatura kecib.
2005-2007-ci illərdə N.Nərimanov adına
Azərbaycan Dövlət Tibb Universitetinin
Mamalıq-ginekoligiya kafedrasında
kliniki ordinatura keçib
mama-ginekoloq
ixtisası alıb.

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979) 2008-ci ildə Elmı Tədqiqat Mamalıq
Ginekologiya İnstitutunun (ETMGİ)
“Mamalıq“ elm bölməsinə elmi işci
vəzifəsinə qəbul olunub.

2008-ci ildə "İnfeksion mənşəli erkən vərdişi düşüklərdə
lokal immun göstəricilərin diaqnostik əhəmiyyəti"
adlı
dissertasiya mövzusu təsdiq edilib.

2013-cü ildə həmın mövzunu müdafiə edərək
tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

2017-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət
Tibb Universitetinin elmlər doktoru proqramı üzrə
dissertanturasına qəbul olub.

Fatimə Hacıyeva 2017-ci ildə ETMGİ-nin
"Mamalıq" elm bölməsinin böyük elmi işçisi secilib.

2019-cu ildə Azərbaycan Respublikası
AAK tərəfindən dosent elmı adını alıb.

Elə həmin ilin iyun ayında ETMGİ-nun
"Ginekologiya" şöbəsinin müdiri
vəzifəsinə təyin olunub.
Hazırda da həmin vəzifədə şərəf və ləyaqətlə calışır.

Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979) 2 dərs vəsaitinin, 60-dan cox elmi məqalənin müəllifidir.
İmgiltərə, Danimarka, İsveç Macarıstan, Hindistan
və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub.

2011-ci ildə İngiltərənin London şəhərində kecirilən
Dünya Mama Ginekilogiya konqresində elmi işinin
poster prenzentasiyası "Qızıl medal"a layiq görülüb.
2020-ci ildə "Dədə Qorqud Milli Fondu" tərəfindən
"Qızıl ürək" medalı ilə təltif edilib.

Ailəlidir, 2 övladı var.

Biz də dəyərli soydaşımız,
tanınmış alim-həkim-cərrah,
bacarıqlı mama-ginekoloq,
tibb üzrə fəlsəfə doktoru, dosent,
çox hörmətli Fatimə xanım Hacıyevaya
şəxsi həyatında, şərəfli peşəsində, eləcə də,
elmi yaradıcılığında və ictimai fəaliyyətində
yeni-yeni uğurlar arzulayırıq!..


ZiM.Az



Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979) Tibb üzrə fəlsəfə doktoru, dosent Fatimə Hacıyeva (1979)
















.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: