MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU Aprelin 11-də Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində ermənilərin silahlı təxribatının qarşısının alınması məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən qarşı tərəfin mövqelərinə aviasiya zərbələri zamanı Milli Ordunun zabiti, Mİ-24 helikopterinin pilotu mayor Musazadə Təbriz Taryel oğlu döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olmuşur.

Şəhidlik zirvəsinə ucalan mayor Təbriz Musazadə 1981-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Dımanisi rayonundakı Yaqublu kəndində anadan olmuşdur. Orta məktəbi Xətai rayonunda 165 saylı orta məktəbdə bitirən şəhidimiz 1996-99-cu illərdə Naxçıvanski adına hərbi liseydə, 1999-2003-cü illərdə H.Əliyev adına Ali Hərbi Təyyarəçilik Məktəbində təhsil almışdır.

11 aprel 2016-cı il tarixində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Milli Məclisin deputatları Hüseyinbala Mirələmov, Fuad Muradov, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, şəhidin ailə üzvləri və yüzlərlə rayon ictimaiyyətinin iştirakı ilə şəhid mayor Musazadə Təbriz Taryel oğlunun cənazəsi şəhidin yaşadığı evin qarşısandan vidalaşmaq üçün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinə yola salındı.

Şəhid mayor Musazadə Təbriz Taryel II Fəxri xiyabanda torpağa tapşırıldı.

Şəhidin cənazəsinə bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin ailəsinə təqdim edildi.



Bax: DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU...
RUHU ŞAD OLSUN!..



MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDUƏFLATUN AMAŞOV,
Azərbaycan Mətbuat Şurasının sədri,
Millət vəkili:

- Bu gün torpağa tapşırılan qəhrəman pilotumuz Təbriz Musazadə ulu Borçalının (Dmanisi rayonu) Yaqublu kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə canından keçmiş sayca üçüncü şəhididir. Mən bu məqamı xüsusi fərqləndirmək istəməzdim. Çünki harada, hansı bölgədə yaşamasından asılı olmayaraq Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını itirmiş hər bir Vətən övladı fəxrimizdir, başımızın tacıdır.

Borçalı da biz Azərbaycan türklərinin Vətənidir. Burada Azərbaycanla Gürcüstan arasında sərhəd xəttinin mövcudluğunun heç bir önəmi yoxdur. Çünki o xətləri aşan mənəvi bağlılıq telləri var. O tellərin nəticəsidir ki, Borçalı türkləri Azərbaycanı özlərinə Vətən bilirlər. Vətən uğrunda yaşadıqları kimi, onun üçün ölür və öldürürlər də. I Qarabağ müharibəsində Borçalılar 500-ə qədər şəhid vermişdi.

Aprelin 1-dən 2-nə keçən gecə cəbhə xəttində gərginliyin yarandığı və müharibə ab-havasının yaşandığı bir dövrdə mindən çox Borçalı türkü savaş əzmini ifadə etdi. Tbilisidə, azərbaycanlılar yaşayan rayonlarda etiraz aksiyaları keçirildi... Bu əzmin nəticəsi idi ki, Gürcüstan dövləti də Azərbaycanın haqq işinə münasibətdə birmənalı həmrəylik göstərdi. Gürcüstan həm də öz vətəndaşının haqq işinə dəstək olmaqla Azərbaycanla dostluq ənənəsinə sadiqlik nümayiş etdirdi.

MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU MİLLİ ORDUNUN ZABİTİ ŞƏHİD MAYOR MUSAZADƏ TƏBRIZ TARYEL OĞLU II FƏXRİ XİYABANDA DƏFN OLUNDU Əlbəttə, Borçalı türklərinin Azərbaycan və Qarabağ mütəşəkkilliyi ilə bağlı daha nələrisə də diqqətə çatdırmaq mümkündür. Digər tərəfdən bu məqamlar deyilməyə də bilər. Çünki Vətənə xidmət mübhəm duyğudur, açıqlanmır, qabardılmır. Borçalılılar da bunu beləcə qəbul ediblər və əminəm ki, əməli fəaliyyətləri ilə Vətənlərinə bağlılıqlarını hər zaman ifadə edəcəklər. Ona da əmin olmaq istəyirəm ki, Borçalı türklərinin cəbhədə hərbi əməliyyatlar getdiyi bir vaxtda fəaliyyətsiz dayandıqlarını bildirənlər ən azından obyektiv olacaq, gələcəkdə bu sayaq fikirlər səsləndirməkdən uzaq duracaqlar.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: