DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov (1972-1993)

DARVAZLI ŞƏHİD Raim Ənvər oğlu Məmmədov  (1972-1993) REDAKSİYAMIZIN ARXİVİNDƏN:

Raim Ənvər oğlu Məmmədov
(1972-1993)


DARVAZDAN BAŞLANAN YOL...

Raim Ənvər oğlu Məmmədov
- 1972-ci ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Bolnisi rayonundakı Darvaz kəndində doğulub, 1989-cu ildə Rustavi şəhərindəki 7 nömrəli orta məktəbi bitirib. Elə həmin il Tümen şəhərindəki ali hərbi məktəbə daxil olub.

Bədxah qonşular tərəfindən başlanan müharibəni xalqımız üçün get-dikcə daha çox fəlakətlər gətirdiyini görən Raim həmin məktəbdə təhsil alan eloğluları ilə birlikdə Bakıya gəlməyi qərara aldı. 1992-ci ilin yazında Bakıya gəlib bir neçə ay təhsilini burada davam etdirdi. Ancaq narahat təbiətli bu cəsur gənc rahatlıq tapa bilmirdi: Vətən sevgisi onu ötən ilin yayında döyüş səngərlərinə çəkib gətirdi. Ağdam cəbhəsində döyüş əməliyyatlarında bir neçə dəfə yaralansa da, hər dəfə müalicə olunub yenidən cəbhəyə qayıtdı. Atasının narahat baxışlarına, anasının nigarançılığına, nişanlısının intizarına cavabı hə-mişə eyni olurdu: qələbə qazananadək vuruşacağam! Vuruşdu da. Özü də kişi kimi vuruşdu. Son damla qanınadək düşmən qabağında diz çökmədi. Məğrurluğu, igidliyi çoxuna örnək oldu. Ağdam uğurun-dakı son döyüşlərin birində ağır yaralandı. Həkimlərin 1 həftəlik cidd-cəhtindən sonra həmişə arzuladığı qələbə gününü görmədən həyata əbədi göz yumdu.
Sən demə oğul boyuna doyunca baxıb sevinməmiş Ənvər qardaşın, Gülnaz bacının qismətinə də yazılıbmış şəhid valideyni çağrılmaq. Sən demə, Darvaz kəndindən başlayan yol Şəhidlər Xiyabanında bi-təcəkmiş. İyulun 29-da Şəhidlər Xiyabanında bir qəbir də göyərdi, xi-yaban bir qəbir boyu böyüdü. Dünya gəlişiylə ilk övlad şirinliyi ilə va-lideynlərini və yaxın qohumları sevindirən Borçalının igid oğlu Raim vaxtsız ölümüylə minləri kədərləndirdi. Ölməzliyə qovuşdu. Azərbay-canı dünyanın hər yerindən görünən müqəddəslik zirvəsində əbədi yer tutaraq xalqımızın qəhrəmanlıq salnaməsinə adını yazdı.

Ağlama, şəhid anası, başını dik tut, şəhid atası! İllər keçəcək, xalqı-mızın gələcəyinə işıq saçmaq üçün Şəhidlər xiyabanından yayılan nur selində Raimin də payı olacaq. Və onunla təkcə siz yox, bütün Darvazlılar fəxr edəcək. Bir də ki, təkcə darvazlılarmı...

Musa Nəbioğlu, Müşfiq Mədədoğlu.
"Təhsil" qəzeti, 27 iyul,1993; “Millət”, 31 iyul, 1993;


RAİM

(Qarabağ savaşında qəhrəmancasına
həlak olmuş igid, mərd zabitimiz Raim Ənvər
oğlu Məmmədovun əziz xatirəsinə)


Dərd üstün gələndə ana vətənə,
Duymamısan qorxu nədir, hədə nə.
Ölüm nədir ağrı nədi, zədə nə,
Dik baxmısan düşmən gözünə Raim.

Vətən sənin, mənim-fərqi bilinməz,
Bir ürəkdir iki yerə bölünməz.
Tarixlərdən igid adın silinməz,
Yana-yana baxdıq izinə Raim.

Adın Rahib kimi igid soraqlı,
Ömrün günəş kimi parlaq çıraqlı.
Keçdiyin yol kitab kimi maraqlı,
Həsrət qaldıq indi üzünə Raim.

Xalqın üçün ömrü girov qoymusan,
Həyatına qurban deyib, qıymısan.
Şöhrətini dildən-dilə yaymısan,
Həykəl qoydun eldə özünə Raim.

Xıdır Orucoğlu,
Bax: “Addımlar” poeziya toplusu,
№1, 1995, səh. 24.



Bax: Müşfiq ÇOBANLI, Borçalı şəhidləri. Bakı, 1996.

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: