BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994)

BAŞKEÇİDLİ ŞƏHİD Ramiz Ümid oğlu Əhmədov (1960-1994) Əhmədov Ramiz Ümid oğlu - 1960-cı il aprelin 15-də qədim Borçalı mahalındakı Başkeçid rayonundakı (indiki Gürcüstan Respublikasının Dmanisi rayonu) Kirovisi kəndində ana­­dan olub. 1967-ci ildə Kirovisi kənd or­ta məktəbinə gedib. 1977-ci ildə orta mək­təbi bitirib. 1978-ci ildə Məşədi Əziz­bəyov adına Azərbaycan Dövlət Neft-Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə) daxil olub. 1983-cü ildə həmin ali məktəbin elektrik aparatları fakültəsini biti­rib və mühəndis-elektro-mexanik peşə­si­nə layiq görülüb. İnstitutu bitirikdən son­ra təcrübə keçmək üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki Monpsara qəsəbəsində yerləşən Orta Asiya “Elektrik aparatları” İstesalat Birliyinə göndərilib. 1983-cü ilin noyabrından 1985-ci ilin mart ayına qədər həmin zavodun texniki təchizat şöbəsində böyük mühəndis kimi əmək fəaliyyətinə başlayıb. 1986-cı ildə təcrübə müddəti bitdikdən son­ra işdən azad olunub və doğma doğma Başkeçidə qayıdıb. 1986-ci ilin may ayından Başkeçid (indiki Dmanisi) rayon in­vertazasiya bürosunda böyük mühəndis texnik qismində çalışıb. 1987-ci ilin dekabrında tutduğu vəzifədən azad olunub. 1988-ci aprel ayından Başkeçid (indiki Dmanisi) Çayçeşidləmə fabrikində elektrik işləyib.
Ötən əsrin sonlarında Başkeçiddə baş vermiş məlum olaylardan - azərbaycanlılara qarşı yönəlmiş böyük təqib və təzyiqlərdən sonra 1991-ci ilin iyul ayında Ramiz Əhmədov da rayon mərkəzində çalışan yüzlərlə soydaşımız kimi heç bir səbəb göstərilmədən işdən azad olunub və Başkeçid (indiki Dmanisi) şəhərində yaşayan minlərlə soydaşımız kimi Azərbaycana köçməyə məcbur edilib. Başkeçiddə yaşayan soydaşlarımız pərən-pərən olunub, öz doğma isti ocaqlarından hərəsi bir yana dağılıb. Kimisi Azərbaycana, kimisi Rusiyaya üz tutub, kimisi Ukraynaya, kimisi də Orta Asiya respublikalarına.
Əhmədovlar ailəsi isə Bakıya pənah gətiriblər.
Ramiz Əhmədov 1992-ci ilin yanvar ayından Azərneft Yağ Zavodunda dördüncü dərəcəli elektrik vəzifəsində iş­ləməyə başlayıb.

Erməni seperatçılarının cənnət Qarabağımıza təcavüzünün gündən-günə artmasına dözməyən
Ramiz Əhmədov 1993-cü ilin oktaybrında könüllü olaraq torpaqlarımızın yağı düşməndən
müdafiəsi naminə yaradılmış könüllülər batalyonuna yazılıb və ön cəbhəyə yollanıb.


1994-cü ilin mart ayına qədər Başı şəhərinin Xə­tai rayon Hərbi Komissarlığı tərəfindən təşkil olunmuş
könüllülər bataliyonunda - 887 nömrəli hərbi hissəsində xidmət edib.
1994-cü ilin aprel ayının 14-də Xanlar rayonunun Çaykənd kəndində yerləşən 172 saylı hərbi his­sənin
7-ci moto-atıcı briqadasında vzvot komandiri təyin olunub.
Ki­mi xidmət edib. 1994-cü il sentayabrın 1-də erməni seperatçılarına qarşı döyüşdə qəhrəmancasına ŞƏHİD olub.

Evli idi. İki evladı - 1 oğlu və 1 qızı var.

Ulu Tanrıdan Başkeçidin qəhrəman oğulu Ramiz Əhmdova
və eləcə də bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: