Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994)

Ormeşənli ŞƏHİD Əliyev Nadir Səməd oğlu (1958-1994) Əliyev Nadir Səməd oğlu - 1958-ci il iyu­lun 17-də qədim Borçalı mahalının Başkeçid rayonundakı (indiki Gürcüstan Respublikasının Dma­nisi rayonundakı) Ormeşən kəndində anadan olmuşdur.
1975-ci ildə Ormeşən kənd orta məktəbini bitirmiş, 1976-cı ildə Ç.İldırım adına Azərbaycan Dövlət Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universitetinə) da­xil olmuş və 1981-ci ildə həmin ali məktəbin maşınqayırma texnologiyası fakültəsinin metalkəsən dəz­gahlar və alətlər ixtisası üzrə tam kursu bitirmişdir.
Dövlət İmtahan komissiyasının 1981-ci il 30 iyun tarixli qərarı ilə ona mü­həndis-mexanik ixtisası verilmişdir.
1981-ci il sentyabrın 30-da Ba­kı Kondisaner Zavodunun texnoloji şöbəsində mühəndis tex­noloq kimi işə başlamışdır. İşlədiyi müddət ərzində özünün savad və bacarığını nümayiş etdirmiş, ona verilən tapşırıqları vaxtında və key­fiyyətlə yüz faiz yerinə yetirmişdir.
1984-cü il sentyabr ayının 29-da ailə həyatı qurmuşdur. Həyat yoldaşı Əli­ye­va Tamilə Rüstəm qızından 3 uşağı dünyaya gəlmişdir: Elnarə Nadir qızı (1986),
Ülviyyə Nadir qızı (1987) və Ülvi Nadir oğlu (1991).
Nadir Əliyev 1985-ci ildə Zavodun yataqxanasında otaq almış və 1988-ci ilə qə­dər burada yaşamışlar.
1988-ci ildə zavoddan öz növbəsi üzrə ev verilmişdir. (Yeni Günəşli qəsəbəsi B massivi bina 12 mənzil 105).

Nadir Əliyev 1993-cü il mart ayında milli ordu sıralarına çağrılmışdır. 27.06.1993-cü il tarixinə qədər hərbi hazırlıqda olmuş və həmin tarixdən sonra Füzuli rayonunda yerləşən 702 saylı hərbi hissənin tank taboru, tank bölüyü komandirinin silahlandırma üzrə müavini baş leytenat vəzifəsinə getmişdir. Həmin vəzifəsini layiqincə yerinə ye­tirmişdir. Verilən tapşırıqları vaxtında yorulmaq bilmədən can­la-başla yerinə yetirməyə çalışmışdır.

Nadir Əliyev 1994-cü il yanvar ayının 12-də Füzuli rayo­nunun Əbdürrəhmanlı kəndində
qəhrəmancasına ŞƏHİD olmuşdur.
Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ulu Tanrıdan Ormeşən kəndinin qəhrəman oğulu Nadir Əliyevə
və eləcə də bütün şəhidlərimizə rəhmət diləyirik!..
Ruhları şad olsun!..


Müşfiq BORÇALI,
ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: