ŞƏHİD AYDIN NƏBİ oğlu ZEYNALOV - SADAXLI (1973-1993) ŞƏHİDLƏRİMİZ, Borçalı, Unutsaq, unudularıq!.. 23 Temmuz Ana Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş cəsur döyüşçülərindən biri də Azərbaycan Respublikası Daxili Qoşunlarının sabiq sıravisi Aydın Zeynalovdur.Sıravi Aydın Nəbi oğlu Zeynalov 1973-cü ildə qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Sadaxlı kəndində anadan olub. Orta təhsilini doğma Sadaxlı kənd orta məktəbində başa vurub. Hələ uşaq yaşlarından elektrik ustası sənətinə böyük maraq göstərərən Aydın elə bu arzusu ilə də, 1990-cı ildə Bakıya üz tutub. Texniki peşə məktəbini bitirib. Bakı İxtisaslaşdırılmış Elektrik Quraşdırma İdarəsində elektrik mantyoru kimi işə də başlayıb...Az sonra 1992-ci ilin iyun ayında Bakı şəhərinin Nizami rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılanda, Aydın tərəddüd etmədən doğma Vətəninin əsgəri olmağa hazır olduğunu bildirib. Aydın istəsəydi Gürcüstan Resublikasından olduğunu qabardıb xidmətdən imtina edər və cəbhəyə yollanmazdı. Ən azı onun bunu etmək hüququ vardı. Lakin içində yuva salmış bu sevgisinin önündə heç nə dayana bilməzdi. Dayana bilmədi də... A.Zeynalov iki gün sonra Daxili Qoşunların 67987 saylı hərbi hissəsinin əsgəri kimi torpaqlarımızın müdafiəsinə yollanıb. Qısa müddətdə Ağdərə, Ağdam istiqamətində gedən döyüşlərin fəal iştirakçısına çevrilib. Evlərində komandirləri tərəfindən imzalanmış raportların surətləri, döyüşçü dostlarının məktubları, xatirələri olan bir neçə əlyazma memuar var. Ağdərə rayonunun erməni silahlı quldur dəstələrindən təmizlənməsində yaxından iştirak edən Aydını bacarıqlı pulemyotçu kimi qiymətləndiriblər. Sıravi A.Zeynalov şərəfli bir döyüş yolu keçib. O, 1992-93-cü illərdə Ağdərənin Mohrataq, Kasapet kimi iri yaşayış məntəqələri və Ağdamın Sırxavənd yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. Bu barədə ailəsinə və müvafiq orqanlara ünvanlanmış rəsmi sənədlərdə də qeyd olunub. Belə ki, 67987 saylı hərbi hissə komandiri (mayor M.Hacıyev) tərəfindən 13.07.1993-cü il tarixdə şəhidin qardaşı Möylə Zeynalova verilmiş arayışda, həmçinin 21.07.1993-cü il tarixdə Bakının Nizami Rayon İcra Hakimiyyətinə və Hərbi Komissarlığına göndərilmiş rəsmi məktublarda sıravi A.Zeynalovun Ağdərə və Ağdam rayonlarının müdafiəsi uğrundakı döyüşlərdə fəal iştirak etməsi öz əksini tapıb:“... sıravi A.Zeynalov 1992-ci ilin iyul ayından respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda Ağdərə və Ağdam rayonları ərazisində döyüş bölgələrində fəal iştirak edirdi. O, 1992-ci ilin iyul ayında Ağdərə rayonunun erməni quldurlarından təmizlənməsində öz rəşadəti və qorxmazlığı ilə fərqlənmişdir. Ağdərə rayonunun Möhrataq, Kasapet kimi yaşayış məntəqələri ətrafında gedən döyüşlərdə əl pulemyotundan məharətlə istifadə edərək, öz silahdaşları arasında dərin hörmət qazanmışdır. 1993-cü ilin yanvar-fevral aylarında Sırxavənd yaşayış məntəqəsi və ona yaxın strateji əhəmiyyətli yüksəkliklərin erməni quldurlarından təmizlənməsində misilsiz cəsurluq göstərmişdir...”. 21 iyun 1993-cü il tarixdə Ağdamın Boy Əhmədli yaşayış məntəqəsi uğrunda gedən döyüşlər isə Aydın Zeynalovun son döyüşü olub... Qeyd edək ki, onun xidmət etdiyi batalyon həmin döyüşlərdə xüsusilə fərqlənib. Bu döyüş haqqında batalyon komandirinin DİN-nin Daxili Qoşunlarının komandirinə ünvanladığı raportda yazılıb: "67**** saylı Hərbi hissə. DİN-nin Daxili Qoşunlarının komandiri Fəhmin Hacıyevə.İyulun 20-si axşam batalyon Qartal dağını və yüksəkliyi almışdı. 23 nəfər idilər. 45 erməni quldurunu öldürmüşdülər. 21 iyulda Aydın minaatanlardan qəlpə yarası almışdır. Yaralananda yanında heç kəs yox idi. I batalyonda vuruşurdu. Batalyon Salahlı kəndində yerləşirdi...I Batalyonun komandiri Rüstəm Dəmirov, III Rotanın komandiri Aytək Abbasov."Azərbaycanın ilk Milli Qəhrəmanlarından biri olmuş, düşmən tərəfindən başına böyük pul mukafatı qoymuş komandir Fəhmin Hacıyevin döyüşçüsü olmaq Aydının necə cəsur bir döyüşçü olduğunun ifadəsidir.Pulemyotla düşmənə aman verməyən Aydının sərrast atəş nöqtəsini susdurmaq üçün, düşmən qüvvələri onu minaatanlardan atəşə tutub. Çoxsaylı qəlpə yaraları alan Aydını Qaradağlı 1 saylı Hərbi Səhra Cərrahiyə Hospitalına gətiriblər. Dörd gün ölümlə çarpışan dəyərli eloğlumuz sıravi A.Zeynalov, 25 iyun 1993-cü il tarixdə Qaradağlı səhra qospitalında gözlərini əbədi yumub...Şəhid Aydın Zeynalov Ana Vətəni olan doğma Borçalı torpağında - Sadaxlı kəndində dəfn olunub.Mərhum şair Yetim Mahmud şəhid Aydın Zeynalovun xatirəsinə şeir həsr etdiyi şeirində yazıb:Mən vətən oğluyam, vətəndir anaAna, öz laylamı çalıb yatıram.Qeyrət meydanında, namus yolundaXalqımın şəhidi olub yatıram.Tülək-tərlan idim dağlar belində,Qoy adım yaşasın dostlar dilində,Ağdərə, Xocalı, Ağdam elində,İzim o yerlərdə qalıb yatıram.Güllələrə sinə gərdim özümü,Eldə qoydum söhbətimi, sözümüZalım əcəl vaxtsız yumdu gözümü,Şəhid yuxusuna dalıb yatıram. Anası Rüxsarə xanım danışırdı ki, Ağdama təzəcə gələn vaxtı atası Nəbini dalınca yollamışdım. Gedib balamı öz gözlərilə görsün. Mənə bir təsəlli versin. Nəbi kişiyə komandirləri deyib ki, - ağsaqqal, belə vəziyyətdə mənə bu sözü demək çətindi, amma, bir hərbiçi kimi deyirəm ki, - əgər Aydını aparmağa gəlmisənsə, apara bilərsən. Gürcüstanlı valideyn kimi bu sizin qanunauyğun haqqınızdır. Nəbi kişi sevinsə də, amma Aydın sözündən dönmədi ki, dönmədi. Gedə bilməyəcəyini söyləyib, sonradan atasının könlünü almaq üçün - sən, get, mən özüm yaxın vaxtda otpuska (ezamiyyət) alıb gələcəm, - demişdir. Amma balam gəlmədi, Onu Azərbaycan bayrağına bükülmüş tabutda gətirdilər. Şəhid balamın cənazəsini Bakıda Şəhidlər Xiyabanında dəfn etməyə atası razı olmamışdır. Mənim indən belə təsəllim onun qəbrini ziyarət etməyim olacaq, - demişdir. Elə buna görə də Borçalıda, doğma eli Sadaxlıda vətən torpağına əmanət etdilər Aydını... Anası Rüxsarə xanım da, Atası Nəbi kişi də, Aydının yoxluğuna dözə bilməyib az sonra dünyalarını dəyişdilər. Hərəsi Aydının məzarının bir tərəfində dəfn olunmaqla, Aydını əbədi qolları üstünə aldılar...Allah hər üçünə rəhmət eləsin... Ruhları şad osun...Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.