Olimpiada qalibləri ilə görüş

Olimpiada qalibləri ilə görüşOlimpiada qalibləri ilə görüşOlimpiada qalibləri ilə görüş Olimpiada qalibləri ilə görüşFevralın 2-də
Gənclər Günü
münasibətilə
təhsil naziri
Mikayıl Cabbarov
beynəlxalq fənn
olimpiadalarının
qalibləri ilə
görüşüb.


Görüş iştirakçılarını salamlayan təhsil naziri Mikayıl Cabbarov
Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında
fikirlərini bildirib.

Beynəlxalq olimpiadalarda daha geniş təmsil olunmaq üçün respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunduğunu vurğulayan təhsil naziri 2014-cü ildən bu istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib. Bu, təhsil tariximizdə rekord göstərici olmaqla bərabər, həm də şagirdlərin prosesə olan inamının təzahürüdür.

Bilik yarışlarında qazanılan uğurların ilbəil artdığını söyləyən nazir 2015-ci ildə beynəlxalq olimpiadalarda ümumilikdə 13 bürünc medal əldə edildiyini bildirib. Riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq da sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir.

Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox medalların qazanılmasının hədəfləndiyini qeyd edib.
Qeyd olunub ki, Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib.

Sonra təhsil naziri məktəblilərlə söhbət edib, şagirdlərin gələcək barədə fikirləri, arzu və düşüncələri ilə maraqlanıb, onların suallarını cavablandırıb.
Tədbirdə olimpiadalara hazırlıq işinin təşkili ilə bağlı bir sıra təkliflər səsləndirilib.

Daha sonra beynəlxalq olimpiadalarda yüksək yerlər tutmuş gənclərə Təhsil Nazirliyinin təşəkkürnamələri və hədiyyələri təqdim olunub.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: