Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır... Təhsil » ADPU 11 Nisan (Mahirə Nağıqızı ilə söhbət)- Alman şairi H.Heyne Sevgi haqqında: - Mələklər bunu ilahi zövq,şeytanlar cəhənnəm əzabı, insanlar isə sevgi adlandırırlar, - deyirdi. Şairə Mahirə xanım üçün sevgi nədir?- Siz, təkcə ədəbiyyatçıların deyil, ümumilikdə, XIX əsrdə və sonra yaşamış qüdrətli fikir adamlarının “romantik dövrün sonuncu şairi” adlandırdıqları Heynenin bu fikrini xatırlatmaqla, bir növ, sualınızın cavabını da vermisiniz, mən isə poeziyada insan obrazında Allahın özünü axtaran Nəsimini prozada davam etdirən Lev Tolstoyun bu barədə sözlərini yada salmaq istərdim: “Sevgi- qiyməti olmayan elə bir paydır ki, biz onu hədiyyə versək belə, özümüzdə qalır”.2500 ildir ki, “yüz min nəslin atası” kimi çağırılan və bu adı saxlayan Konfutse isə sevgini “bizim başlanğıcımız və sonumuz” adlandırırdı. Hesab edirəm ki, sevgi- həyat eşqimizin cövhəridir və buna görə də böyük Füzuli “Ya Rəbb, bəlayi- eşq ilə qıl aşina məni!”- deyirdi. Əlbəttə, birmənalı olaraq mübahisəsizdir ki, onun bu təvəqqəsi bizlərin- statistik insanların təsəvvüründəki eşqdən müqayisə olunmaz miqyasda böyük bir duyğu barədədir. İstənilən bucaqdan baxsaq, sevgi- impulsdur.-Mahirə Nağıqızının şeirlərindəki yanğının səbəbi nədir?- Mən isə ona yanğı- deməzdim, onlar- almalı olduğumuz dərslərin nə dərəcədə əxz olunduğunu bilməyən bir insanın narahatlığıdır və bəndəniz özü belə bilmədən bunu şeirlərində ifadə edəsi olur. Ümumiyyətlə, hər bir sənət nümunəsindəki ağrılarda şəxsi “Mən”in yükü, hesab edirəm ki, cüzidir, əgər belə olmasaydı o nümunələrin ömrü insan ömründən belə qısa olardı.-“Canlı insanlar mənimlə dəniz qədər danışa bilməz!” - demisiniz müsahibələrinizdə. Bəs siz? Sizin dənizə deyə bilmədikləriniz varmı?- Ola bilər, ola bilər ki, belə demişəm, lakin bu deyilənlər yüzə-yüz hisslərin altında deyilib. Dənizlə danışmaq- deyəndə ki, onu özünlə söhbət- adlandırmaq daha düzgün olardı. Hamı İsgəndər olmayacaq ki, içindəkiləri bölüşmək üçün quyu qazdırası ola... Buna görə, dənizi həm də etibarlı həmsöhbət saymaq olar.- “Ana,ana!... Bu kəlmənin vurğunuyam əzəldən,Onu gözəl anlatamaz düşündüyüm satırlar”. Mikayıl Müşfiq ədəbi dünyası…Mahirə xanım ana sevgisini necə adlandırar?- Biz sevgini həm də ona görə axtarırıq ki, onun əminlik yastığına baş qoyaq… Ana sevgisi, ilk növbədə, fizioloji bağlılığın kəsilməyən telləridir və həmin tellərin insana verdiyi gücü şəxsən mən bilirəm.O güc sənin bir insan olaraq hüdudlarını müəyyənləşdirir.-İmam Cavad buyurur : “Üç sifət məhəbbəti cəlb edir: İnsanlarala rəftarda insaflı olmaq,onların çətinliyinə həmdərd olmaq, mənəviyyatla həmdəm olmaq”. Bu sifətləri artırsaq Mahirə Nağıqızının əlavələri nə olardı?- Bu sifətləri bəlkə də sonsuzluğa qədər sadalamaq olar, lakin məhəbbəti cəlb edib, ya etməməyindən asılı olmayaraq insanlığın ən böyük sifəti kimi, həqiqətin yanında olmağı qəbul edirəm.Anaların fəryadıDiksindirdi TanrınıQan donmağa qoymadı,Uşaq ayaqlarını.. (Mahirə Nağıqızı)-Bəzən yaşadıqlarımızı göstərmək üçün mübaliğələr belə acizdir. Bəs haqqın tərəzisi?! Görə-görə kor olmaq olurmu?- Hə, bu, xəyalən min dəfələrlə olduğum,1992-ci ilfevralın 25-dən 26-na keçən gecə Xocalısının- özü elə böyük olamayan bir qəsəbənin mənzərəsidir. O mənzərədə insanlığını itirən kəsin ən vəhşi heyvandan belə amansız olduğunu görmək olar… O mənzərənin vəhşəti insanın qəlbində Allahın özünə belə etiraz nidaları yaradır. Yox, söhbət ancaq ondan getmir ki, bu amansız cinayəti törədən erməni millətindən olan qatillərə qərinələrlə bir millətə-türklərə qarşı aşılanmış nifrət hissi impuls verib… Söhbət ondan gedirki, həmin gecə ancaq azərbaycanlı olduqlarına görə amansızlıqla öldürülən, içərisində körpələrin və qadınların da olduğu 613 nəfərin qanı laxtalanmayıb. Şəxsən mən hesab edirəmki, o Qan təkcə onu tökənlərin deyil, bu mənzərəyə laqeyd qalanların da vicdanındadır və Xocalı ədaləti bərqərar olmayınca o qan laxtalanmayacaq.-Kaşki “KAŞKİLƏR” olmayaydı deyirik bəzən .. Mahirə xanım “Kaşların” yaşanmaması üçün nə edir?- “Kaş”ların yaranmaması üçün daha məhsuldar olmağa çalışır, daha cəsarətli olmağı bəzən ağrılı olsa belə, yeganə yol kimi görür…-Sizcə, qəhrəman yaratmaq çətindir ya qəhrəman olmaq?- Hesab edirəm ki, qəhrəman yaratmaq daha çətindir, qəhrəman olmağın isə heç bir çətinliyi yoxdur ona görə ki, qəhrəman olmurlar, , qəhrəman olaraq doğulurlar.-Müasir gənclərimizin vəziyyəti Mahirə xanımı qane edirmi? Gənclərimiz də xoşlamadığınız xüsusiyyətlər nələrdir? Sizcə, gələcəyimiz sağlam gəncliyə söykənib?- Sualınızın cavabını vermək üçün hökmən keçmişə və gələcəyə bir az da fəlsəfi yanaşmaq lazımdır. Ümumiyyətlə, onu hökmən yada salaq ki, bütün dövrlərin cəmiyyətləri üçün “atalar və oğullar problem” olub. Atalar hesab ediblər ki, oğullar irəli gedə bilmir, oğullara isə elə gəlib ki, atalar keçmişdə qalıb.Bu problemin ədəbiyyat nümunələrindədə kifayət qədər mövzuya çevrildiyini görmək olar və həmin nümunələri antic ədəbiyyatda, elə bizim folklorda da görmək mümkündür.Ədəbiyyat nümunələrində bu problemin hansı sonluqlarla bitdiyini deməkdənsə onu xatırladaq ki, bəşəriyyət öz inkişaf dinamikasından qalmır və etiraf edək ki, bu inkişafın başlıca aparıcı qüvvəsi gənclik olub. Gəncliyimizi isə çalışqan, modern, başlıcası, məsuliyyətli görmək istərdim.-Alim adınız mübarək, Mahirə xanım...Sizin üçün ən böyük mükafat nədir?- Təbrikinizə görə sağ olun. Şəxsən mən hesab etmişəm ki, hansısa statusun müəyyən sənədlərlə təsdiq edilməsi başlıca şərt deyil, əsas şərt odurki, o status konkret əməli işlərlə ortaya qoyulsun. Mənim üçün isə ən böyük mükafatım hansısa uğurlarımla bağlı anam Nazlı xanıma nəyisə çatdıranda onun gözlərinin gülməsi və hələ onun nəyi olduğumu anşırtmasa belə, balaca Nərimanın üstümə şığımasıdır…Eltun Şükür Abuşov,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.