Məhərrəm Hüseynov (1945) ADPU, RÜBAİLƏR, Qərbi Azərbaycan 12 Ekim Məhərrəm Hüseynov 1945-ci il fevralın 15-də Göyçə mahalında dünyaya göz açıb. Filologiya elmləri doktoru, professordur. Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekan müavinidir. * * *Göyçə göl görünsə, gözü güldürər,Sədəfli saz dinsə, sözü güldürər,Haramsa,tüstüsü qaşlı-qabaqlı,Halal ocaq odu-közü güldürər.Çoxaldıqca məşədilər, hacılar,Ögeyləşir doğma qardaş-bacılar,Şirin vədlər qulağında millətin,Tüğyan edir həyatında acılar.Mollamız qoparıb min haray-həşirQətli savab bilib zor fikirləşir:"Qatil kölgəsində çörək qazanarQəbirqazan, kəfəntikən, mürdəşir".Qəlbini kökləmə şöhrət üstə sən,Allahından bircə sifət istə sən.Hamının yanında gülünc olarsan,Hamının xoşuna gəlmək istəsən.Yaxşı da, yaman da qaynadar ocaq,Könül ülviyyətə tez açar qucaq,Axmaq dil-dil ötüb sonra düşünər,Müdrik fikirləşib danışar ancaq.Göyçədən ayrılıq ən böyük qada,Yaman düşdüm bir ömürlük fəryada,Qürbətin ocağı,alovu,odu,Vətən tüstüsünə dəyməz dünyada.Haqq sözü deməyə varmı cürətin?Mətin qorxaq olub,qorxaqlar mətin.Ağılla var-dövlət qazanmaq olar,Dövlətlə ağılı qazanmaq çətin!Yaltaqlıq bal yeyər,ləyaqət təpik,Alçağa əl çalıb vurarlar çəpik,Vicdanı könlündən silən kəslərinAllahı manatdır,qibləsi qəpik.İgidlər güc alar öz qeyrətindən,Müdriklik cücərər söz heyrətindən,Məzlum sevindirmək min yol yaxşıdır,Kəbənin min dəfə ziyarətindən.Uzaq ol dünyanın paxıl kəsindən,Qoru ləyaqəti ad həvəsindən,Dostunun sərt sözü,acı tənəsi,Yaxşıdir düşmənin yaltaq səsindən.Toxgözlük insanın başında tacdır,Sultan da,gəda da ona möhtacdır,Xəzinə üstündə yatmaq acgözəAllah qarğışıdır--ömürlük acdır.Üzüm ağdır,günüm qara--təzadam,Nadan duymaz bunu,duyar az adam,Cəhənnəmi bu dünyada görmüşəm,O dünyada hər əzabdan azadam.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.