General-leytenant Heydər Piriyev AzTU-da olmuşdur Təhsil » AzTU 1 Mart Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası arasında memorandum imzalanmışdırAzTU-dan "Ziya" qəzetinin baş redaktoru Müşfiq Borçalı Zim.Az-a bildirmişdir ki, Martın 1-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev və Akademiyanın bir qrup əməkdaşı Azərbaycan Texniki Universitetində olmuşlar.AzTU-nun rektoru, Əməkdar Elm xadimi, texnika elmləri doktoru, professor Havar Məmmədov qonaqları salamlayaraq başçılıq etdiyi Universitetin yaranma tarixindən, müasir dövrün tələblərinə uyğun yüksəkixtisaslı mühəndis kadrların hazırlanması sahəsində görülən işlərdən, ali təhsilin Avropa təhsil sisteminə inteqrasiya etdirilməsindən ətraflı söz açmış, Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini vurğulamışdır. Rektor daha sonra bildirmişdir ki, son illərdə universitetdə yaradılmış xüsusi texnika fakültəsində tələbələrə hərbi texnikanın sirrləri öyrədilir, respublikamızda hərbi sənayenin daha da inkişaf etdirilməsi üçün savadlı matəxəssislər hazırlanır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə əməkdaşlığın vacib olduğunu vurğulayan rektor Havar Məmmədov birgə proqramların həyata keçirilməsinin, indiki zamanda xüsusi əhəmiyyət daşıdığını nəzərə çatdırmışdır.Qonaq - Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev AzTU-nun rəhbərliyinə dəvət və səmimi görüş üçün təşəkkür etmiş, rəhbərlik etdiyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası haqqında məlumat vermişdir. O, bildirmişdir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksək vəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin üyrədilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və Hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.Tərəflər peşə, ixtisas və bilik səviyyəsinin daima artırılmasının zəruriliyini vurğulamış və ölkə Prezidentinin “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsaslanaraq peşə və ixtisaslar üzrə optimal təhsil sisteminin mərhələli tənzimlənməsi, bu məsələlər üzrə memorandum münasibətlərinin yaradılması barədə razılığa gəlmişlər.Sonra Azərbaycan Texniki Universiteti ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası arasında elmi-texniki və təhsil sahəsində əməkdaşlığa dair memorandum imzalanmışdır.Memorandumu Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev imzalamışlar.Memorandumda qeyd edilir ki, yüksək hərbi elmi potensiala malik zabit kadrların hazırlanmasını təmin etmək, gələcək hərbi mütəxəssislərin biliklərinin artırılmasına istiqamətləndirilmiş və təhsil üzrə proqramlar sahəsində qarşılıqlı maraq doğuran əməkdaşlıq həyata keçiriləcək.Memorandumda həmçinin müasir tələblərə cavab verən yüksəkixtisaslı elmi, elmi-pedoqoji bilik və təcrübəyə malik hərbi mütəxəssislərin hazırlanması, qabaqcıl elmi üsul və texnologiyaların inkişafı sahəsində yeni elmi materialların öyrənilməsi, informasiya və təcrübə mübadiləsi keçirilməsi, hərbi mütəxəssislərin elmi və təhsil proqramına uyğun təcrübəyə yiyələnməsi, birgə beynəlxalq və regional elmi konfransların təşkili, nəzəri və praktiki elmi-tədqiqat işlərinin qrant şəklində aparılmasının zəruriliyi nəzərə çatdırılmışdır. Daha sonra qonaqlar AzTU ilə yaxından tanış olmuş, AzTU-nun Elm və texnika üzrə prorektoru, professor İlham Pirməmmədov, tədris işləri üzrə prorektoru, dosent Xalıq Yahudov, Xüsusi texnika fakültəsinin dekanı, dosent Ramiz Hüseynov, Radiotexnika və rabitə fakültəsinin dekanı, professor Bayram İbrahimov, Elektrodinamika və radio elektron vasitələri kafedrasının müdiri professor Elşad İsmibəyli, Texnoloji komplekslər və xüsusi texnika kafedrasının müdiri, professor Həsən Hüseynov və başqaları ilə görüşmüşlər. Eləcə də Universitetin Heydər Əliyev Mərkəzinə, bir sıra ixtisas kafedra və laboratoriyalarına baş çəkmiş, auditoriyalarda professor və müəllimlərlə, eləcə də tələbələrlə görüşüb söhbət etmiş, gələcək birgə əməkdaşlıq məsələlərini nəzərdən keçirmişlər.Bir sözlə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi və əməkdaşları AzTU-dan xoş təəssüratlarla qayıtmışlar.Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.