AzTU-da "Bakı Marafonu 2016" ilə bağlı görüş keçirilib Təhsil » AzTU 22 Nisan Azərbaycan Texniki Universitetində (AzTU) Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 1-də təşkil olunacaq "Bakı Marafonu 2016" ilə bağlı görüş keçirilib. Görüşdə Universitet rəhbərliyi, Təhsil Nazirliyinin nümayəndələri, “Bakı Marafonu 2016”-nın təşkilatçıları və tələbələr iştirak ediblər.Universitetin Tədris işləri üzrə prorektoru Xalıq Yahudov tələbə və müəllimlərə "Bakı Marafonu 2016" ilə bağlı qısa məlumat verib və görüşə qatılan qonaqları təqdim edib. Prorektor çıxışında tələbələrə Marafonda aktiv iştirak etməyi tövsiyə edib və bildirib ki, sağlam gənclik ölkəmizin sağlam gələcəyi deməkdir.Marofonun təşkilatçılarından olan Firdovsi Kərimov Marafon yürüşünün yaranma tarixindən danışıb, "Bakı Marafonu 2016"-nın keçiriləcəyi yer haqqında məlumat verilib və bu yürüşün önəminə diqqət çəkib. Bildirib ki, "Bakı Marafonu 2016" Dövlət Bayraq Meydanından başlayaraq Bakı Olimpiya Stadionuna qədər 21 km məsafəni əhatə edəcək. İştirakçılar arasında tanınmış ictimai-siyasi xadimlər, idmançıların da olması nəzərdə tutulur.F.Kərimov onu da vurğulayıb ki, hazırda Azərbaycanda 15-ə yaxın profesional marafonçu olsa da, əminik ki, yaxın vaxtlarda bu say artacaqdır. Daha sonra Təhsil Nazirliyinin nümayəndəsi Qeyrət Şirəliyev çıxış edib. O, tələbə gənclərə Marafonda uğurlar arzulayıb. Qeyd edib ki, yürüşün keçirilməsində məqsəd son illər idman ölkəsinə çevrilən Azərbaycanda sağlam həyat tərzinə dəstək olmaqdı. Bundan əlavə, gənclərimizi bu istiqamətdə tərbiyə etmək və "Bakı Marafonu 2016"nı dünya səviyyəli bir yarışmaya çevirməklə ölkəmizə turist cəlb etmək hədəflənib.Xatırladaq ki, Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə “SMG” (Sport Marketing Group) şirkəti həyata keçirir.Görüşün sonunda tələbələri maraqlandıran bir çox suallar cavablandırılıb.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.