VƏLİ PAŞAYEV (1940) AzTU, "XXI əsrin Ziyalıları", Başkeçid, Təbriklər 31 Ekim VƏLİ PAŞAYEVfilologiya elmləri namizədi, dosent(1940)Vəli Möylə oğlu Paşayev 1940-cı il iyunun 25-də Ulu borçalımızın qədim Başkeçid (indiki Dmanisi) rayonunun Məmişli kəndində anadan olmuşdur. 1947-ci ildə məktəbin 1-ci sinfinə getmiş, 1958-ci ildə həmin məktəbi bitirib Sovet Ordu sıralarına çağırılmışdır. 1962-ci ildə baş leytenant rütbəsində ordudan tərxis olunmuşdur.1963-cü ildə keçmiş M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsinə daxil olmuş, 1969-cu ildə isə həmin institutu bitirmişdir.Əmək fəaliyyətinə Tovuz rayonunda başlamış, sonra isə anadan olduğu kənd orta məktəbində müəllim işləmişdir. Bir neçə il həmin məktəbdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1973-cü ildən 1984-cü ilə qədər Bakı şəhərində kimya-biologiya təmayüllü 5 saylı respublika internat məktəbində müəllim, 1984-cü ildən 1991-ci ilə qədər həmin məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1989-cu il fevral ayından 1991-ci il fevral ayına qədər Azərbaycan Politexnik İnstitutunun Azərbaycan və rus dilləri kafedrasında saat hesabı müəllim işləmişdir. 1991-ci il fevral ayında isə Azərbaycan Texniki Universitetinə müsabiqə yolu ilə müəllim keçmişdir.1992-ci ilin aprel ayından Azərbaycan Texniki Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim, 1994-cü ilin noyabr ayından indiyə qədər dosent vəzifəsində çalışır, 1985-ci ildən filologiya elmləri namizədidir. Vəli Paşayevin elmi-pedaqoji fəaliyyəti 30-dan artıq elmi əsərdə öz əksini tapmışdır. O cümlədən, 1 metodik məcmuənin, 2 metodik vəsaitin və bir dərs vəsaitinin müəllifidir.Vəli müəllimə bundan sonra da şərəfli peşəsində uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.