AzTU-da Milli Qurtuluş Günü qeyd edilib

 AzTU-da Milli Qurtuluş Günü qeyd edilib AzTU-da Milli Qurtuluş Günü qeyd edilib  AzTU-da Milli Qurtuluş Günü qeyd edilib İyunun 13-də Azərbaycan Texniki Universitetində (AzTU) 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

ZiM.Az xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib.

Tədbirdə AzTU-nun rektoru, Əməkdar Elm xadimi, professor Havar Məmmədov ölkəmizin tarixində çox mühüm hadisə olan və Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə yol açan Milli Qurtuluş Günü barədə ətraflı məlumat verib. Rektor Ulu Öndərin ölkəmizdə ictimai-siyasi sabitliyin yaradılması, xalq kütlələrinin birliyinin təmin edilməsi, iqtisadiyyatımızın dinamik inkişaf yoluna çıxarılması, ölkəmizin sərvətlərindən məqsədyönlü istifadə olunması istiqamətində genişmiqyaslı və qlobal əhəmiyyət daşıyan fəaliyyətindən danışıb.

Bildirilib ki, respublikamızda həyatın bütün sahələrində görülən işlər tədricən öz səmərəsini verməyə, Azərbaycan getdikcə dünyanın hər yerində demokratik dəyərlərə üstünlük verən, insan hüquqlarını qoruyan, tolerant və beynəlxalq əməkdaşlığa sadiq bir ölkə kimi tanınır.

AzTU-nun ictimai elmlər kafedrasının müdiri, professor Şikar Qasımov çıxışında qeyd edib ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi bilavasitə dünya səviyyəli siyasətçi və dövlət xadimi, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ş.Qasımov Ümummilli Liderin müasir Azərbaycan dövlətinin ideoloji-siyasi əsaslarını yaradan bir şəxsiyyət kimi bugünkü və gələcək nəsillər tərəfindən həmişə minnətdarlıq hissi və dərin ehtiramla xatırlanacağını vurğulayıb.

Digər çıxış edənlər də Ulu Öndərin gənclərimizlə bağlı həyata keçirdiyi böyük işləri diqqətə çatdırıblar.
Azərbaycanlı olmağı ilə fəxr edən dahi siyasətçinin qoyduğu yolun gənclərimiz üçün dəyişməyən istiqamət olduğu vurğulanıb.

Tədbirdə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: