MDB PAA DİMBİ Bakı filialı AzTU-da maarifləndirici tədbir keçirib AzTU, QHT 15 Aralık 2016-cı il dekabrın 14-də Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyanın (PAA) Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (DİMBİ) Bakı filialı (MDB PAA DİMBİ Bakı filialı) Bakı şəhərində - Azərbaycan Texniki Universitetində maarifləndirici tədbir - “Azərbaycan Respublikasında seçkilər və referendumların keçirilməsinin inzibatçılığının təkmilləşdirilməsi ehtiyatları” adlı seminar keçirib. MDB PAA DİMBİ Bakı filialının Mətbuat xidmətindənZiM.Az-a bildiriblər ki, seminarda MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev, filialın əməkdaşları, AzTU-nun, eləcə də digər müxtəlif ali təhsil ocaqlarının professor-müəllim heyəti, elm mərkəzlərinin mütəxəssisləri, tələbələr, mətbuat nümayəndələri, bir sıra qeyri-hökumət (Təhsil, rifah və inkişaf İctimai Birliyi, Kreativ vətəndaş cəmiyyətinin inkişafına dəstək İctimai Birliyi) və Gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər. Tədbiri giriş sözü ilə AzTU-nun “İctimai fənlər kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov açaraq MDB PAA DİMBİ Bakı filialının fəaliyyətini, xüsusilə də bugünkü tədbirin əhəmiyyətini yüksək qiymətləndirib. Şikar Qasımov bildirib ki, Azərbaycanda seçki hüququ və seçki təsisatı tam olaraq formalaşıb.MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev tədbirin əhəmiyyətindən, rəhbərlik etdiyi filialın həyata keçirdiyi elmi-araşdırma işlərindən, qurumun ölkəmizdə və onun hüdudlarından kənarda fəaliyyətindən söz açıb, qarşılıqlı əməkdaşlıq üçün AzTU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib.Daha sonra MDB PAA DIMBI Bakı filialının direktor müavini Teymur Muradov seçki hüquqları haqqında geniş məlumat verib. Bildirib ki, seçki hüquqları konstitusiyamızda, seçki məcəlləsində əks olunub və həmin qanunlara əsasən tənzimlənir.Tədbirdə Azərbaycan Respublikasında seçkilər və referendumların təşkili və keçirilməsi, eləcə də onun təkmilləşdirilməsinə dair çoxsaylı çıxışlar dinlənilib. Seminarda dinləyicilərə MDB PAA DİMBİ Bakı filialının uyğun mövzuda hazırladığı slaydlar, Bakı filialının fəaliyyətini, eləcə də filialın apardığı eyniadlı elmi–araşdırma işinin yekunlarını əks etdirən hesabat və əyani vəsaitlər təqdim edilib, həmçinin vətəndaşların seçki hüquqlarından bəhs edən kitablar, braşürlər paylanılıb.Tədbir, iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşıb. Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.