AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin görüşü keçirilib

AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin görüşü keçirilib AzTU-da yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin görüşü keçirilib Azərbaycan Texniki Universitetində (AzTU) 2016-2017-ci tədris ilinin yaz semestrində əlavə dərsləri tədris edən müəllimlərlə rəhbərliyin görüşü keçirilib.

AzTU-nun rektor əvəzi Xalıq Yahudov görüşdə iştirak edən müəllimlərə əlavə dərslərə girən tələbələrlə intensiv iş aparmaq tapşırığı verərək bildirib ki, əlavə dərslər də digər dərslər kimi şəffaf, mütəşəkkil təşkil olunsun.
Çıxışının sonunda Xalıq Yahudov müzakirə olunan bəzi məsələlərin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verib.

AzTU-nun Tədris hissə müdiri
Zəkay Şayev
əlavə dərslər haqqında məlumat verərək bildirib ki, universitet üzrə 2016/2017-ci tədris ili üçün yaz semestrində akademik borcların ləğvi məqsədilə əlavə qruplar təşkil olunub.Əlavə təşkil olunmuş müstəqil qrupların dərsləri könüllülük prinsipi və ödənişli əsaslarla həyata keçirilir. Həmin dərslərdə iştirak etmək üçün 845 tələbə müraciət edib. Bu müraciətlərə əsasən 48 fənn üzrə 66 qrup yaradılıb. Dərslərin tədrisinə 23 kafedradan 63 müəllim cəlb olunub. Dərslər 18 fevral 2017-ci il tarixindən başlanır.

Qeyd edək ki, universitetdə kredit sistemi ilə təhsil alan tələbələrin akademik borclarının ləğvi üçün əlavə dərslər Nazirlər Kabinetinin qərarına əsasən universitetdə qəbul olunan normalarla tənzimlənir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: