AzTU-da qanvermə aksiyası keçirilib

AzTU-da qanvermə aksiyası keçirilibAzTU-da qanvermə aksiyası keçirilibAzTU-da qanvermə aksiyası keçirilib AzTU-da qanvermə aksiyası keçirilib Azərbaycan Respublikası-nın Prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyevin 7 aprel 2008-ci il tarixli sərəncamı ilə hər ilin 10 mart tarixi Azərbaycan Respublikasında Qızıl Aypara Günü kimi qeyd olunur.

Hər il olduğu kimi bu il də martın 10-da Azərbaycan Texniki Universitetində qanvermə aksiyası keçirilib. Universitetdə fəaliyyət göstərən bütün işçilər, o cümlədən tələbələr qana ehtiyacı olan insanlara kömək məqsədilə könüllü olaraq qan veriblər. Qanvermə aksiyasında iştirak edənlər müayinədən keçirilib, qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilərək qan götürülüb. Qan verən iştirakçılar daha sonra kofe və şirniyyat süfrəsinə dəvət olunublar.

Bu xeyriyyə aksiyasının keçirilməsində əsas məqsəd talassemiyalı və hemofiliyalı xəstələrə yardım etməkdən ibarətdir.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

Aksiya tədbirində iştirak edən AzTU-nun rektor əvəzi
Xalıq Yahudov, Tədris hissə müdiri Zəkay Şayev, universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Akif Cahangirov və Azərbaycan Qızıl Aypara Cəmiyyəti icra katibi Ceyhun Mirzəyev
çıxışlarında aksiyanın xeyirxahlıq və mərhəmət naminə keçirildiyini bildirərək qan verən universitet əməkdaşlarına, tələbələrə tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.

Aksiya çərçivəsində AzTU-nun tələbələri Fəxri Xiyabana gedərək Ulu Öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarına gül dəstələri qoyublar.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: