“Ənənəvi Peşə Boxçası” layihəsi AzTU, QHT, GVİİM 3 Nisan Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci Qrant Müsabiqəsi çərçivəsində “Ənənəvi peşə boxçası” adlı layihə həyata keçirilib. Azərbaycan Texniki Universiteti (AzTU) Gənclərin Virtual İnkişafı və İdarəetmə Mərkəzinin (GVİİM) Mətbuat katibi Natavan Alıqızı ZiM.Az-a bildirib ki, Paytaxt və region gəncləri arasında geniş təbliği məqsədilə keçirilən layihə Şəki şəhərində reallaşıb.Qeyd edək ki, Zeynalov Elman Nahid oğlunun rəhbəri olduğu “Ənənəvi Peşə Boxçası” layihəsinin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq xalq sənətlərinin ən geniş yayılmış növü olan Azərbaycan xalqının məişətində özünə möhkəm yer tutmuş və xalqın mənəvi rəmzinə çevrilmiş xalçaçılıq, dulusçuluq, misgərlik sənəti ilə yaxından tanış etmək və onlar haqqında geniş məlumat verməkdən ibarəetdir.Təlim formasında keçirilmiş Layihə uğurla başa çatıb. Layihədə iştirak edən gənclər sertifikatla təltif edilib.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.