Arzu XƏLİLOVA: Məzun sözü

Arzu XƏLİLOVA: Məzun sözü Bu gün biz beynəlxalq miqyaslı möhtəşəm hadisənin astanasındayıq. 12-28 iyun 2015-ci il tarixləri arasında Bakıda Birinci Avropa Oyunları baş tutacaq. 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda tez bir zamanda müvafiq hazırlıqlara başlanıb.Ölkə başçısı cənab İlham Əliyevin idmana və idmançılara diqqəti və qayğısı danılmazdır və hər şey göz önündədir.Həmçinin ölkəmizin birinci xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın da diqqəti, nəzarəti bütün idmançılara hər daim olub. İdmançılarımız hər zaman ugurla qələbələr qazanaraq ölkəmizin adını uca zirvələrə qaldırırlar. Çünki, əmindirlər ki, onlara hər zaman dəstək olan Prezidenti və dövləti var. Xalqın həll edilməmiş münaqişə yükü və bundan irəli gələn böyük problemlərinin mövcud olduğu bir zamanda vaxt məhdudiyyətinə baxmayaraq, ölkəmiz son dərəcə çətin vəzifəni qəbul edərək bütün çətinliklərə sinə gəlməyə bacardı. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı onu idman üçün cəlbedici ölkəyə çevirib. İdmanın inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Paytaxt şəhərdən əlavə rayon mərkəzlərində də gənc vətəndaşların fiziki tərbiyəsində və ümumilikdə ölkədə idmanın davamlı inkişafında rolu olan müasir müxtəlif təyinatlı idman obyektləri - üzgüçülük hovuzları, qapalı və açıq stadionlar, əyləncə və istirahət mərkəzləri mövcuddur. Son dövrlərdə, 2009 və 2014-cü illərdə keçirilən Bədii Gimnastika üzrə Avropa Çempionatı da daxil olmaqla, Bakıda bir sıra beynəlxalq miqyaslı tədbirlər baş tutub. Qusarda və Qəbələdə yeni istifadəyə verilmiş qış idman obyektləri bütün dünyadan turistləri cəlb etməkdə davam edir. Birinci Avropa Oyunları müasirliklə zəngin mədəni irsi bir araya gətirən Xəzərin incisi - Bakıda keçirilir. Yeni tikilmiş binalar – saray, mehmanxana və idman obyektləri müasir Azərbaycanın şövq və ideyalarını təcəssüm etdirir.Azərbaycan heç bir mədəni və dini ayrı-seçkilik yükü altında qalmamaqla öz zəngin tarixi irsini ehtiramla qoruyaraq cəsarətlə gələcəyə baxır. Ona görə də Avropa Oyunları xoşməramlı dünyagörüşün göstərilməsi kimi qiymətləndirilməlidir. Cənab prezidenti İlham Əliyevin 18-19 may 2015-ci ildə Bakıda keçirilən Üçüncü Mədəniyyətlərarası Forumun açılışında etdiyi çıxışından sitat gətirmək yerinə düşərdi. “Bu oyunların təşkil edilməsi böyük çağırış idi, lakin Avropa Olimpiya Komitəsinin dünyada ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərarı son illər qəbul edilmiş ən müdrik qərarlarından biridir. Biz 600-dən çox Avropa idmançısını bir araya gətirəcəyik. Bu, yalnız böyük idman tədbiri deyil, həm də dostluq və tərəfdaşlıq tədbiri olacaq və qonaqpərvərliyimizi nümayiş etdirmək baxımından yaxşı fürsət olacaq”. Avropa Oyunları nəinki Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər zəhmətli bir vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır.

Arzu XƏLİLOVA
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: