AzTU Elmi Şurasının növbəti iclası olub Təhsil » AzTU 2 Mayıs 2017-ci il Mayın 2-də Azərbaycan Texniki Universiteti Elmi Şurasının növbəti iclası keçirilib. AzTU-nun rektor əvəzi Xalıq Yahudov əvvəlcə universitetin qocaman müəllimlərini 70-80 illik yubileyləri münasibətilə təbrik edib və onların elmi-pedaqoji fəaliyyətlərini yüksək dəyərləndirərək gənc nəslin tərbiyə edilməsində onlara yeni-yeni uğurlar arzulayıb.Daha sonra Xalıq Yahudov iclasın gündəliyi ilə iştirakçıları tanış edib.İclasda universitetin Təhsil və elm komissiyasının sədri Ələkbər Hüseynovun “Avtomatika və kompyuter texnikası” fakültəsində tədris, elmi tədqiqat və tərbiyə işləri üzrə məruzəsi dinlənilib və mövzu ətrafında müzakirələr aparılaraq görülən işlər qənaətbəxş hesab edilib.Sonra Elmi Şuranın katibi Ziyafət Kərimov kafedralarda boş olan professor vəzifələrini tutmaq üçün müsabiqəyə təqdim olunan namizədlər haqqında məlumat verib. Elmi Şura üzvləri müsabiqəyə təqdim olunan namizədlərə gizli səsvermə yolu ilə öz münasibətlərini bildiriblər.İclasda həmçinin “Yay imtahan sessiyasına hazırlıq və onun mütəşəkkil keçirilməsi üçün tədbirlər” haqqında Tədris hissəsinin müdiri Zəkay Şayevin məruzəsi dinlənilib. Yay imtahan sessiyasının mütəşəkkil keçirilməsi, yüksək keyfiyyət göstəricilərinin əldə edilməsi məqsədilə verilən tövsiyələr və çıxışlarda irəli sürülən təkliflər iştirakçılar tərəfindən bəyənilib və hazırlıq işləri qənaətbəxş hesab edilib.“Konstruksiya materialları” kafedrasının adının dəyişdirilərək “Materiallar texnologiyası” adlandırılması müzakirə edilərək qəbul edilib.İclasda AzTU-nun şəhid məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun qardaşı hazırda AzTU-da ödənişli əsaslarla təhsil alan Beydulla Qurbanovun təhsil haqqının ödənilməsini universitetin öz öhdəsinə götürməsi müzakirə edilərək qəbul edilib.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.