Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-metodiki seminar keçiriləcək

Professor Arif Məmmədovun anadan olmasının 70 illiyinə həsr olunmuş elmi-metodiki seminar keçiriləcək PROFESSOR ARİF MƏMMƏDOV 70
TÜKƏNMƏZ ENERJİ VƏ GƏNCLİK HƏVƏSLİ GÖRKƏMLİ ALİM VƏ XEYİRXAH İNSAN

2017-ci il mayın 12-də AzTU-nun “Materiallar texnologiyası” kafedrasının müdiri, texnika elmləri doktoru, professor Arif Məmmədovun anadan olmasının 70, elmi pedaqoji və əmək fəaliyyətinin 50 illiyinə həsr olunmuş elmi-metodiki seminar keçiriləcək.

Seminar saat 14.00-da AzTU-nun əsas binasının müşavirə zalında başlayacaq.

Giriş azaddır. Bütün Arifsevərləri elmi-metodiki seminara dəvət edirik.

Seminarın proqramı:

Giriş sözü – Metallurgiya fakultəsinin dekanı, dos. Aqil Babayev

1. Professor Arif Məmmədovun həyat və yaradıcılığı örnəkdir -
dos. Yeganə Əbdüləzimova


2. Azərbaycan ovuntu metallurgiyası məktəbinin banisi -
prof. Nizami İsmayılov

3. Şair qəlbli xeyirxah insan -
Səmayə Şahnəzərova

Ç ı x ı ş l a r v ə t ə b r i k l ə r...

ZiM.Az

.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: