İlk dəfə olaraq Azərbaycan Ali Təhsil müəssisələri Avropa Akkreditasiya Agentliyi ASİİN tərəfindən akkreditasiyadan keçirilmişdir Təhsil » AzTU 12 Temmuz Azərbaycanda mühəndis təhsili verən ali məktəbdə 15 ilə yaxındır ki, Tempus layihələri yerinə yetirilir. Bu layihələrin ümumi koordinasiya işlərini Köln Tətbiqi Elmlər Universitetinin professoru, Rza Talibi-Dəryani həyata keçirir. Bu istiqamət üzrə həyata keçirilən sonuncu 516678 TEMPUS-1-2011-1-DE-TEMPUS-JPCR: „Azərbaycan üçün mühəndis təhsilində tədrisin Bolonya prosesinə uyğunlaşdırılması“ Tempus layihəsidir. Layihənin məqsədi Azərbaycanda mühəndis təhsili verən seçilmiş üç ali məktəbdə (AzTU, SDU və ADNA) əvvəlki Tempus layihələrində açılmış bakalavr/magistr ixtisaslarında keyfiyyətin üçpilləli təhsil sisteminə uyğun davamlılığının təmin olunması, bu ixtisasların strukturunun fasiləsiz modullaşdırılması və Avropa kredit sisteminə (ECTS-ə) əsasən dərs modullarının kreditləşdirilməsinin təmin edilməsidir. Layihə çərçivəsində aşağıda göstərilən ixtisaslar üzrə məzmunlar, proqramlar və dərsliklər tam hazırlanmışdır. Bakalavr təhsili: a) Proseslərin avtomatlaşdırılması mühəndisliyi (Avtomatlaşdırma və informasiya texnikası);b) Elektroenergetika mühəndisliyi; Magistr təhsili: a) Proseslərin avtomatlaşdırılması; b) Elektroenergetika; c) Neft sənayesi enerji menecmenti; d) Kimya sənayesi enerji menecmenti;Göstərilən ixtisaslar üçün yeni yaradılmış məzmunlar Avropanın aparıcı ali məktəblərində tətbiq olunmuş ixtisaslara tam uyğun hazırlanmışdır. Cari ilin İyun ayının 30-da Avropa Akkreditasiya Agentliyinin (ASİİN) mütəxəssisləri hər üç ali məktəbdə apardıqları yoxlamaların və təqdim olunmuş sənədlərin qiymətləndirməsi ilə bağlı yekun qərar çıxarmışdır. Həmin qərara əsasən AzTU –nun 4 ixtisası, SDU- 3 ixtisası və ADNA-nın 3 ixtisası Avropa Akkreditasiya Agentliyinin (ASİİN) sertifikatı ilə təmin ediləcəkdir. Akkreditasiyanı təsdiq edən sertifikatlar iyul ayının 23-də hər üç universitetə rəsmi şəkildə göndəriləcəkdir.Layihə üzrə yekun konfransın 2015-ci ilin sentyabr ayının 23-də Azərbaycan Texniki Universitetində keçirilməsi planlaşdırılır. Konfransın fəxri sədri Azərbaycan Respublikasının Təhsil Naziri cənab Mikayıl Cabbarov seçilmişdir. Konfransın işində Avropadan olan tərəfdaş universitetlərin rektorları ilə yanaşı, ASİİN təşkilatının baş direktoru, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, Avropa İttifaqının nümayəndə heyətinin sədri və digər yüksək səviyyəli qonaqların iştirakı nəzərdə tutulur. Konfransın işinə Azərbaycan Respublikasının bütün ali məktəb nümayəndələri də dəvət ediləcəklər. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.