AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir

AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilirAzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilirAzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilirAzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilirAzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir AzTU-da “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda 2-ci Beynəlxalq Elmi-texniki konfrans keçirilir Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti və Baku Steel Company MMC-nin təşkilatçılığı ilə keçirilən “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda
2-ci Beynəlxalq Elmi-texniki konfrans noyabrın 28-də Azərbaycan Texniki Universitetində plenar iclasla öz işinə başlayıb.


ZiM.Az xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

Plenar iclas Azərbaycan Respublikasının Dövlət himni ilə başlayıb.

Konfransın plenar iclasını giriş sözü ilə AzTU-nun rektor əvəzi, professor
Xalıq Yahudov
açıb. O, bildirib ki, konfrans AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının 50 illiyinə həsr olunub. Professor çıxışında ölkəmizdə iqtisadiyyatın və sənayenin inkişafında metallurgiyanın rolundan danışıb və konfransın mövzusunun çox aktual olduğunu vurğulayıb. Eyni zamanda Xalıq Yahudov AzTU-da bu sahə üzrə həyata keçirilən tədbirlərdən danışıb.

Konfransda iştirak edən Təhsil Nazirliyinin məsul işçisi Sülhəddin Gözəlov çıxışında ölkəmizdə metallurgiya ilə bağlı həyata keçirilən dövlət siyasətindən və inkişaf perspektivlərindən söz açıb. S.Gözəlov Azərbaycanın dövlət başçısı tərəfindən bu sahə üzrə həyata keçirilən işlərə, xüsusi ilə iqtisadiyyat və sənaye üzrə Strateji Yol Xəritəsində texniki ali təhsilin inkişaf etdirilməsi istiqamətində görülən işlərdə konfransın böyük rolu olacağını bildirib.

AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri, professor
Sübhan Namazov "Metallurgiya: mövcud vəziyyət, yeni şağırışlar və hədəflər"
mövzusunda məruzə edib. O, konfransın keçirilməsində məqsədin metallurgiya və materialşünaslığın aktual problemlərini müzakirə etmək, beynəlxalq miqyasda bu sahədə aparılan elmi-tədqiqat işlərini ümumiləşdirmək, Azərbaycanda metallurgiya və maşınqayırma komplekslərinin inkişafına dair elmi əsaslandırılmış nəticə, təklif, tövsiyələri irəli sürmək olduğunu bildirib.

Daha sonra Baku Steel Company MMC-nin istehsalat üzrə direktoru Ramin Kərimov "Yerli xammaldan istifadə etməklə polad təbəqələrin istehsal komplekslərinin yaradılması" mövzusunda məruzə edib, metallurgiyanın inkişafı ilə bağlı layihələrdən söz açıb və həmin layihəni əks etdirən videoçarx nümayiş etdirib.

Plenar iclasda Rusiyadan, Ukraynadan, Türkiyədən, Almaniyadan, Yaponiyadan, Rumıniyadan və s. ölkələrdən olan alimlər, metallurgiya və materialşünaslığın problemləri ilə məşğul olan yerli və xarici elmi-tədqiqat və ali təhsil müəssisələri, dövlət orqanları, biznes strukturları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri iştirak edib.

Konfrans 5 bölmə üzrə “Metallurgiyada mütərəqqi texnologiyalar”, “Materialşünaslıq, nano və kompozisiya materialları”, “Materiallar texnologiyası”, “Maşınqayırmada innovativ texnologiyalar”, “Metallurgiyada menecment və ekologiya” bölmələri ilə
3 gün davam edəcək.


ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: