Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıbAzərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıbAzərbaycan Texniki Universiteti yeni ERASMUS+KA2 layihəsinin icrasına başlayıb Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, “Avtomobil daşımaları və yol hərəkətinin təşkili” kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG)" Erasmus+ KA2 layihəsinin ilk toplantısında
iştirak etmək üçün
27-28 fevral 2019-cu il tarixində
Polşada ezamiyyətdə olublar.

Layihədə 6 ölkənin –
Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər.

Layihənin icrasında Azərbaycandan beş tərəfdaş qurum təmsil olunur: Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi.


ZiM.Az xəbər verir ki,
Layihənin açılışında Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri, AzTU-nun məzunu, Həsən Həsənov çıxış edərək, Azərbaycan və Polşa Universitetləri arasındakı əməkdaşlığın yüksək perspektivi olduğunu, bunun üçün lazımi köməkliklərini göstərəcəyini vurğulayıb.

İki günlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub.

Tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili sektorunun müdiri,
dosent Yaşar Ömərov,
AzTU-nun Beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva
və başqaları çıxış edərək, təmsil etdikləri nazirlik və universitet haqqında və layihə ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Toplantının sonunda Azərbaycan Respublikasının Polşa Respublikasında Fövqaladə və Səlahiyyətli səfiri Həsən Həsənovun təşəbbüsü ilə nümayəndə heyəti Polşanın Varşava şəhərinin bir parkında iki görkəmli hərbçinin - azərbaycanlı Vəli bəy Sadıq bəy oğlu Yadigarovpolyak Maciej Sulejman Sułkiewicz adına ucaldılmış büstü ziyarət edib və həmin şəxslərin həyatı haqqında geniş məlumatlandırılıblar.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: