AzTU rəhbərliyi Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak edib Təhsil » AzTU 28 Haziran 2019-cu il iyunun 24-25-də Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru, professor Xalıq Yahudov, Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və Beynəlxalq əlaqələr departamentinin direktoru dosent Mərziyyə Ağayeva İtaliyanın Bolonya Universitetində keçirilən Bolonya bəyannaməsinin 20 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün İtaliyada səfərdə olublar.Dünyanın 200-dən çox universitetinin rektoru və 700-dən çox nümayəndə heyətinin iştirak etdiyi tədbir Bolonya Universitetinin qədim Arxigimnaziya binasından tədbirin keçirildiyi Palazo Re Enzo binasına qədər rektorların təntənəli yürüşü ilə başlayıb.UNESCO-nun Təhsil üzrə direktor müavini Stefania Giannini, Avropa Universitetlər Assosiasiyasının prezidenti Michael Murphy, Rumıniya BFUG-nın həmsədri Cristina Chitulica, Bolonya Universitetinin rektoru Francesko Ubertini, İtaliya təhsil naziri Marco Bussetti və digər rəsmilərin çıxışlarında Bolonya prosesinin təhsilə verdiyi yeniliklərin əhəmiyyətindən danışılıb.İyunun 25-də tədbirin 5 panel iclasından biri olan “Davamlı inkişaf üçün liderliyin təmin olunmasında ali təhsilin rolu” adlı iclasında AzTU-nun nümayəndə heyəti iştirak edib və bu sahədə pilot universitet olmaq təklifi Universitetlərin Beynəlxalq Assosiasiyasının baş katibi xanım Hilligje Vant Land ilə müzakirə edilib.Səfər çərçivəsində 15-dək universitetin rektorları ilə görüşlər keçirilib və AzTU ilə ikitərəfli ələqələrin yaradılması istiqamətində ilkin razılıqlar əldə edilib. ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.