Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2 layihəsinin qalibi olub

Azərbaycan Texniki Universiteti yeni ERASMUS+K2  layihəsinin qalibi olub Avropa Birliyinin Erazmus+ K2 Ali təhsil-beynəlxalq potensialın əlaqələndirilməsi mərkəzinə təqdim edilən beynəlxalq qrant layihələrinin nəticələri açıqlanıb.
840 layihədən, 163 layihə qalib elan olunub.


Azərbaycan Texniki Universitetinin (AzTU)
Beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Sübhan Namazov
ZiM.Az
-a açıqlamasında deyib ki,
"Qalib layihələr içərisində Azərbaycan Texniki Universitetinin də yer aldığı “Inovativ və davamlılıq prinsipləri ilə klasterlərin inkişafında təşəbbüs və iştirak etmənin universitetlərin potensialının artırılmasında rolu” - UniClaD adlı qrant layihəsi də var."

Professor Sübhan Namazov bildirib ki, Litvanın Kaunas Tədbiqi Elmlər Universitetinin kordinatorluğu ilə
yerinə yetiriləcək layihədə Azərbaycan, Moldava ilə yanaşı AB-dən İtaliya, Macarıstan, İspaniya, Litva, Polşa
və Avstriya universitetləri iştirak edəcək. Layihə 2019-cu ilin noyabr ayından fəaliyyətə başlayacaq
və 3 il davam edəcək.
Qeyd etmək lazımdır ki, layihənin məqsədi partnyor ölkə universitetlərində ali təhsilin idarə edilməsi, palanlaşdırma, maliyyə imkanları, idarəcilik, klasterlərinin yaradılması və s. inkişaf etdirməkdir.
Layihənin ümumi büdcəsi 985, 255.00 avrodur.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: