AzTU müəllimləri Berlin Texniki Universitetinin təlimlərində iştirak ediblər Təhsil » AzTU 25 Eylül Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları - dosent Fuad Daşdəmirov, dosent Allahverdi Şərifov və baş müəllim Nicat Zöhrabov "Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi (CRENG) " Erasmus+ KA2 layihəsi üzrə sentyabr ayının 9-20 tarixlərində Berlin Texniki Universitetində keçirilən təlimlərdə iştirak etmək üçün ezamiyyətdə olublar.Təlimlərdə layihəyə uyğun olaraq müvafiq magistr proqramı (Nəqliyyat logistikası) üzrə tədris olunacaq fənlərin məzmunu, dərs saatlarının paylanması, müasir tələblərə uyğun yeni kurikulumun və tədris vəsaitlərinin hazırlanması barədə tövsiyələr verilib.Eyni zamanda, təlimlərdə müasir dövrdə nəqliyyat proseslərində yaranma ehtimalı olan risklər və onların aradan qaldırılmasının müasir üsulları ətrafında müzakirələr aparılıb.Təlimlər iştirakçılara müvafiq sertifikatların təqdim olunması ilə sona çatıb. Layihə çərçivəsində universitetdə CRENG laboratoriyasının yaradılması, laboratoriya üçün avadanlığın və Anylogic proqram təminatının alınması nəzərdə tutulur. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.