AzTU-da Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub Təhsil » AzTU 1 Kasım “Cəfər Cabbarlı öz zəngin yaradıcılığı ilə dünya dramaturgiyası zirvəsinə yüksələn dahi sənətkardır.”Heydər ƏliyevMilli-mənəvi dəyərlərimizin təbliği və təşviqi Azərbaycan dövlət siyasətinin tərkib hissəsidir. Məlum bir həqiqətdir ki, ölkənin inkişafında bu dəyərlərin xüsusi yeri vardır. Azərbaycan Texniki Universiteti də bu dəyərlərə hər zaman önəm vermiş və burada görkəmli şairlərimizin, ədiblərimizin, mütəfəkkirlərimizin yubiley tədbirləri yüksək səviyyədə qeyd olumuşdur. Bu sırada dahi Nizami Gəncəvinin, böyük mütəfəkkir İmadəddin Nəsiminin, gözəllik şairi Molla Pənah Vaqifin, görkəmli dramaturq Mirzə Fətli Axundovun, istiqlal şairi Əhməd Cavadın, hisslər və duyğular şairi Mikayıl Müşfiqin, poeziyamızın ağ saçlı qartalı Səməd Vurğunun, estetik misralar müəllifi Süleyman Rüstəmin, xalq yazıçısı Mirzə İbrahimovun, vətəndaş şair Məmməd Arazın, elə bağlı sənətkar Hüseyn Arifin adlarını çəkmək olar. Həyatın mənasını şeirə bağlayan istedadlı şairimiz Hüseyn Arifin təbirincə desək; Bir xalqın dilidir, bir şeirin dili, Əsrdir, dövrdür, əyyamdır şair!Bəli, bu sadalanan şəxsiyyətlərin taleyi Azərbaycan xalqının taleyi, onların bədii dili isə Ana dilimizin taleyidir. Bu baxımdan milli-mənəvi dəıyərlərin təbliği və təviqi istiqamətində görkəmli şəxsiyyətlərin yubiley tədbirlərinin qeyd edilməsi respublikamızda artıq bir ənənə halını almışdır. Bu günlərdə belə bir müqəddəs xəttə sadiqliyini nümayiş etdirən Azərbaycan Texniki Universitetinin (AzTU) möhtəşəm, estetik hissləri özündə əxz etdirən füsunkar sarayında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, dahi dramaturq, şair, nasir, ictimai xadim, həm də sonralar instituta çevrilmiş politexnik texnikumunun elektromexnika şöbəsindən məzun olmuş Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş “Cəfər təbiətin möcüzəsidir!” adlı sözlü-nəğməli tədbir keçirmişdir. Daim sənətə, sənətkara, ədəbiyyata, mədəniyyətə, incəsənətə böyük dəyər verən respublika Prezidenti cənab İlham Əliyev bu böyük ədibin anadan olmasının 120 illiyinin keçirilməsi ilə bağlı 2018-ci il dekabrın 17-də Sərəncam imzalamışdır. Sözü gedən tədbir də məhz həmin sərəncam çərçivəsində ərsəyə gəlmişdir. Təntənəli yubiley tədbirində giriş sözü ilə çıxış edən AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Vilayət Vəliyev dahi yazıçının zəngin yaradıcılığından söz açaraq və universitetin ədəbi mövzulara diqqətinin önəmini vurğuladı. O, C.Cabbarlı yaradıcılığının əsas mövzuları olan vətənpərvərlik, qəhrəmanlıq və əbədi sevginin bu gün də gənc nəslin formalaşmasında böyük rolu olduğunu qeyd etdi. Rektor xatırlatdı ki, C.Cabbarlı AzTU-nun sələfləri sırasında olan Bakı Politexnik texnikumunun məzunu olub.Cəfər Cabbarlı yaradıcılığının tanınmış tədqiqatçısı, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, Cəfər Cabbarlı yaradıcılığının tədqiqatçısı, filologiya üzrə elmlər doktoru, professor Tahirə xanım Məmməd isə çıxışında böyük sənətkarın həyatı və ictimai-siyasi fəaliyyəti ilə bağlı faktları diqqətə çatdırdı.Aparıcılar Ayşən Hüseynova və İsa Quluzadə təşrif buyuran qonaqları - Cəfər Cabbarlının nəvəsi, Cəfər Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı; Cəfər Cabbarlının nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, tərcüməçi Bəhlul Seyfəddinoğlu; Əməkdar bədən tərbiyəsi və idman xadimi, Cabir Novruz fondunun prezidenti, professor Cavanşir Qurbanov; Əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qafar Əsgərzadə; Mikayıl Müşfiq və Cəfər Cabbarlı mükafatları laureatı, Azərbaycan Milli Konservatoriyasının kafedra müdiri, Cəfər Cabbarlı ilə bağlı tədqiqatların və maraqlı televiziya ssenarilərinin müəllifi, filologia üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy; Əməkdar jurnalist, yazıçı Rafiq Savalan; Əməkdar mədəniyyət işçisi, tanınmış bəstəkar, Türk dilli xalqların himninə çevrilmiş “Yaşa mənim xalqım” mahnısının müəllifi Rauf Məmmədov; Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-metodik və İxtisasartırma Mərkəzinin şöbə müdiri Sənan Talıbov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyi Sumqayıt bölməsində fəaliyyət göstərən “Zərif” qadın ədəbi məclisinin sədri Xatirə Cəfərli; “Yeni Təfəkkür” qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyə Kərimova; Cəfər Cabbarlı Ev-muzeyinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşlarını alqış sədaları altında tədbir iştirakçılarına təqdim etdilər. Daha sonra Ulu öndər Heydər Əliyevin C.Cabbarlının heykəlinin ucaldılması prosesi ilə bağlı tarixi açıqlaması və fikirlərinin yer aldığı videoçarx nümayiş etdirildi.Tələbələrdən Ziya Bayramov, Nazan Babayeva, Hikmət Fərəczadə və Aytən Abızadə dahi ədibin “Mən bir susmaz duyğuyam ki...”, “Ey dan ulduzu”, “Ana”, “Azərbaycan bayrağına” və ömür-gün yoldaşı Sona xanıma həsr etdiyi “Olmasın” şeirlərini səısləndirdilər. Oqtay Eloğlu obrazında Ziya Bayramov, Sevər obrasında isə Nazan Babayeva olmaqla görkəmli dramaturqun “Oqtay Eloğlu” əsərindən bir parça oynanıldı. Həmçinin gənc Cəfərin Nuru Paşa ilə görüş səhnəsini tələbələrdən Ziya Bayramov Cəfər Cabbarlı və Hikmət Fərəczadə isə Nuru Paşa obrazlarını canlandırdılar. Şəfiqə isə Nuru paşanın ədibin evində müsafir olmasını hekayə yolu ilə nəql etdi. Həm musiqisi, həm də sözləri ölməz Cəfər Cabbarlıya aid “Azad bir quşdum” mahnısı Respublikanın Əməkdar artisti, tanınmış müğənni Fehruz Səxavət, “Gərək günəş dağları aşıb sönməyəydi...” mahnısı tanınmış müğənni Vüsal Hacıyev, “Zalım yar” mahnısı gənc müğənnilər Aydan və Fidan Süleymanzadə bacılarının ifasında təqdim olundu. Cəfər Cabbarlının sözlərinə görkəmli bəstəkar Qənbər Hüseynlinin bəstələdiyi “Tellər oynadı” mahnısı ilə AzTV-nin solisti, tanınmış müğənni Nicat Cəfərzadə çıxış etdi. Ədibin sözlərinə görkəmli bəstəkarımız Ramiz Mirişlinin bəstələdiyi “Həyat söylə, sən kiminsən” mahnısı TRT muzik müsabiqəsinin qalbi tələbə Fərhad Rəhimli, Cəfər Cabbarlının sözlərinə görkəmli bəstəkar Emin Sabitoğlunun bəstələdiyi “Ey dan ulduzu” mahnısı isə tələbə Kənan Alquliyevin ifasında səsləndirildi.Dahi ədibin nəvəsi, C.Cabbarlı Ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddinqızı yubiley tədbirinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, başda rektor Vilayət Vəliyev olmaqla AzTU-nun kollektivinə öz minnətdarlığını bildirdi və öz cazibədar çıxışları ilə hamını özlərinə heyran edən tələbələrə Cəfər Cabbarlının şeirləri toplanmış kitablar hədiyyə etdi.Sonra universitet rəıhbərliyi tərəfindən Qəmər Seyfəddinqızına “Fəxri qonaq”, Tahirə Məmmədə, Cavanşir Qurbanova, Firudin Qurbansoya, Fehruz Səxavətə, Nicat Cəfərzadəyə, Vüsal Hacıyevə, Aydan və Fidan Süleymanzadə bacılarına isə “Təşəkkür” sertifikatları verildi.Cəfər Cabbarlı Ev-muzeyinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının köməkliyi sayəsində universitetin foyesində və tədbirin keçirildiyi zalda Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən sərgi iştirakçılar tərəfindən maraqla qarşılandı. Azərbaycan Texniki Universitetində dahi Cəfər Cabbarlının 120 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə büsbütün gözəlliyi özündə təcəssüm etdirirdi. İstər şeir nümunələri, istər tamaşalardan nümayiş etdirilən parçalar, istər musiqi nömrələri, istərsə də dəyərli qonaqlarımız - hər biri özünəməxsus gözəllik yaradırdı. Səhnənin mərkəzində özünə yer alan, hamının diqqətini çəkən bir sənət əsərinin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının baş rəssamı, "Zirvə" Ziyalılar Təşkilatının prezidenti Minayə Dəyanətqızının ərsəyə gətirdiyi və Cəfər Cabbarlı ideyalarının həqiqətə çevrildiyini özündə əks etdirən rəsm əsəri ədibin yubileyinə dəyərli bir hədiyyə olmaqla bərabər, tədbirə də xüsusi bir rəng qatırdı. Yubiley tədbiri AzTU tələbəsi Əli Əliyevin ifasında “Çırpınırdın Qara dəniz...” mahnısının sədaları ilə yekunlaşdı.Cəfər Cabbarlı Ev-muzeyinin və Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının köməkliyi sayəsində universitetin foyesində və tədbirin keçirildiyi zalda Cəfər Cabbarlının həyat və yaradıcılığından bəhs edən sərgi təşkil edilmişdir ki, bu da iştirakçılar tərəfindən maraqla qarşılandı. Tədbir iştirakçıları, o cümlədən, qonaqlar tələbələrin çıxışlarından - istər şeir söyləmələrindən, istər tamaşalarda obrazları canlandırmaq qabiliyyətlərindən, istərsə də onların təqdim etdikləri müsiqi nömrələrindən ağız dolusu danışdı və tək-tək onlara yaxınlaşaraq öz təşəkkürünü bildirdilər. Hətta onlardan digər məkanlarda keçiriləcək tədbirlərdə belə istifadə etmək arzusunda olduqlarını dilə gətirdilər.Unudulmaz Cəfər Cabbarlının anadan olmasının 120 illiyində inanırıq ki, bu imza neçə yüzillikləri adlayıb keçəcək, yaratdıqları necə nəslin mənəvi sərvətinə çevriləcək. Çünki, o dünən də müasir idi, bu gün də müasirdir, sabah da müasir olacaq. Şair Rüfət Zəbioğlu demişkən: Cəfər həyat verib ilhama, sözə Cəfər hissin gözü, ruhun səsidir. Təbiət möcüzə göstərib bizə Cəfər təbiətin möcüzəsidir.Həbib Adil oğlu MirzəyevFilologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.