"Məktəblilər AzTU-da bir gün" davam edir... Təhsil » AzTU 13 Ocak Bakının 165, 259, 275, 319 nömrəli tam orta məktəb şagirdləri ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələrinin 2020-ci il yanvarın 9-da Azərbaycan Texniki Universitetinə (AzTU) ilk infoturu təşkil edilib.Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı ekskursiyanın məqsədi ali texniki təhsilə marağı gücləndirməkdir. İnfotur iştirakçılarına AzTU-nun tarixi, karyera imkanları barədə geniş məlumat verilib. Məktəblilərə AzTU-da müxtəlif sahələr üzrə aparılan elmi tədqiqatlar, ixtiralar, müasir texnoloji avadanlıqlar, mühəndislik işləri nümayiş etdirilib.Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev tələbə və şagirdlərlə görüşüb. Rektor elmi-texniki inqilablar dövründə texniki universitetlərin üstünlüklərindən danışıb.AzTU-da Açıq qapı günləri tədris ilinin sonuna kimi davam edəcək.* * *Azərbaycan Texniki Universitetində (AzTU) Açıq qapı günləri çərçivəsində keçirilən “AzTU-da bir gün” adlı infotur davam edir.Yanvarın 10-da Bakının 155, 279, 302 və 328 saylı tam orta məktəblərinin şagirdləri AzTU-da olublar. İnfoturda məqsəd ali texniki təhsilə marağı gücləndirməkdir.Qeyd edək ki, bir gün əvvəl keçirilən ekskursiyada paytaxtın daha 4 orta məktəbi və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi iştirak edib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.