Azərbaycan Texniki Universiteti daha bir uğura imza atıb Təhsil » AzTU 15 Mayıs Azərbaycan Texniki Universiteti (AzTU) MDB ölkələrinin Nanotexnologiyalar üzrə Beynəlxalq İnnovasiya Mərkəzinə üzv seçilib.ZiM.Az AzTU-nun mətbuat katibi Sevinc İsgəndərovanın açıqlamasına istinadən xəbər veir ki, Azərbaycan Texniki Universiteti mərkəzin üzvü olaraq elmin inkişafına töhfə verməklə yanaşı, birgə elmi simpoziumlar, seminarlar və konfransların təşkilində, həmçinin beynəlxalq layihələrdə iştirak etmək imkanı qazanacaq.Qeyd edək ki, mərkəz 2009-cu ildə Rusiyanın Dubna şəhərində üzv ölkələr arasında innovasiya, tədqiqat və təhsil əlaqələrinin inteqrasiyasına kömək məqsədilə yaradılıb.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.