AzTU-nun Elmi Şurasının növbəti iclası keçirilib Təhsil » AzTU 21 Mayıs 2020-ci ilMayın 21-də Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbədənkənar onlayn iclası keçirilib.İclasda Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı və bu barədə Təhsil Nazirliyinin müvafiq təlimat məktubundan irəli gələn məsələlər müzakirə olunub.Müzakirələrdən sonra AzTU-da tələbələrin biliyinin qiymətləndirilməsi, buraxılış işlərinin və magistr dissertasiyalarının müdafiəsi barədə qərar qəbul olunaraq razılaşdırılması üçün Təhsil Nazirliyinə müraciət olunub.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.