AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyin edilib

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyin edilib Azərbaycan Texniki Universitetinin (AzTU) Telekommunikasiya və informasiya təhlükəsizliyi kafedrasının professoru Bayram İbrahimov Avstriyanın Vyana şəhərində 20-22 oktyabr 2020-ci il tarixlərində keçiriləcək “Rabitə və texnologiyaların idarəedilməsi və tətbiqi” adlı beynəlxalq konfrans 2020-nin təşkilat komitəsinin üzvü seçilib.
Eyni zamanda, konfransın “Elektrik və optik rabitə və idarəetmə sistemlərində innovativ texnologiyaları” bölməsinə sədr təyin edilib.


Bayram İbrahimov konfransda “PON, WDM və DWDM texnologiyaları bazasında optik telekommunikasiya sistemlərinin göstəricilərinin analizi və tədqiqi” mövzusunda çıxış edəcək.

Konfransın məruzələrinin “IEEE Xplore” və “Scopus” jurnallarının müvafiq bölməsində çap olunması nəzərədə tutulur.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: