Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub

Macarıstan universitetlərinin nümayəndələri AzTU-da olub Macarıstan Respublikasının
Peç və Mişkolç universitetlərinin beynəlxalq əməkdaşlıq üzrə nümayəndələri Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüb. Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə diplomatı Mihaly Gruberin təşkilatçılığı keçirilən görüşdə rektor Vilayət Vəliyev iki ölkə arasında münasibətlərin əhəmiyyətindən söhbət açıb. Rektor AzTU ilə Macarıstanın qabaqcıl universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışıb.


Görüşdə Peç Universiteti ilə elektrik və elektronika mühəndisliyi, biomühəndislik, Mişkolç Universiteti ilə isə mexanika mühəndisliyi, dağ-mədən mühəndisliyi və kompüter elmləri üzrə ikili diplom proqramlarının hazırlanması, eyni zamanda Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.


zim.az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: