Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başladı

Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başladı Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başladı Azərbaycan Texniki Universiteti Boğaziçi Universiteti ilə əməkdaşlığa başladı Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin Boğaziçi Universiteti arasında anlaşma memorandumunun imzalanması mərasimi keçirilib.

Tədbirdə hər iki universitetin rektorları və prorektorları iştirak edib.


AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə təbrik edib.
Rektor iki qardaş ölkə arasında ali təhsil sahəsində əməkdaşlığın daim yüksələn xəttlə inkişaf edəcəyinə əminliyini ifadə edib.
Daha sonra rektor AzTU-da həyata keçirilən yeniliklər barədə danışıb.
Bildirib ki, AzTU Türkiyənin qabaqcıl universitetləri ilə ikili diplom proqramları və digər istiqamətlərdə əməkdaşlığı genişləndirir.
Rektor onu da qeyd edib ki, AzTU-nun 100 nəfərdən ibarət gənc tədqiqatçı və müəllimlərinin Türkiyənin tanınmış ali məktəblərinə təcrübə mübadiləsinə göndrilməsi planlaşdırılır.
Vilayət Vəliyev Boğaziçi Universiteti ilə imzalanacaq memorandumun qarşılıqlı faydalı əməkdaşlıq üçün mühüm addım olacağını bildirib.

Boğaziçi Universitetinin rektoru, prof.dr. Mehmet Naci İnci Cümhuriyyət Bayramını qardaş ölkədə qeyd etməkdən məmnun olduğunu deyib.
Mehmet Naci İnci imzalanacaq memorandumun hər iki ölkənin təhsil sahəsinin inkişafına xidmət edəcəyinə əminliyini ifadə edib.

Daha sonra AzTU və Boğaziçi Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandumda hər iki universitetin ortaq tədris proqramlarından istifadə etməsi, müəllim, tələbə və gənc tədqiqatçıların mübadiləsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi əks olunub.

ZiM.az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: