“Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb Təhsil » AzTU 3 Aralık Dekabrın 2-də Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Qazi Universiteti, Rusiyanın Cənubi Ural Dövlət Universiteti, Tatarıstanın Almetyevsk Dövlət Neft İnstitutu, Almaniyanın Brandenburq Texniki Universiteti və Çexiyanın Liberec Texniki Universitetinin təşkilatçılığı ilə “Maşınqayırma və energetika: yeni konsepsiyalar və texnologiyalar” mövzusunda onlayn beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.Plenar iclasda iştirakçıları salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev konfransın işinə uğurlar arzulayıb.Daha sonra çıxış edən Qazi Universitetinin rektorunun köməkçisi, prof.dr. Ramazan Bayındır, Brandenburq Texniki Universitetinin vitse-prezidenti, prof. Michael Hübner, Almetyevsk Dövlət Neft İnstitutunun rektoru, prof. Aleksandr Dyakonovun nümayəndəsi Alyona Şumetova, Liberec Texniki Universitetindən prof. Karel Frana, Cənubi Ural Dövlət Universitetindən dos. Leonid Shipulin AzTU-nun ev sahibliyi ilə keçirilən konfransın universitet-sənaye işbirliyinin inkişafı istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini qeyd ediblər.Konfransın plenar iclasında 4 müxtəlif mövzu üzrə məruzələr dinlənilib. İşini bölmə iclasları ilə davam etdirən konfransın bağlanış mərasimi dekabrın 3-də keçirilib.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.