Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib

Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilibMilli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilibAzərbaycan Texniki Universitetində (AzTU) universitetin şəhid məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunan şahmat yarışı keçirilib.
AzTU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və İdman klubunun təşkilatçılığı ilə keçirilən yarışa universitetin 66 tələbəsi qatılıb.

Yarışın gedişini AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin prorektorları izləyiblər.


Yarışda ilk üç yerin qalibi medal və diplomla təltif olunub.


Mükafatlandırılma mərasimində AzTU-nun İdman klubunun müdiri Aydın Ağəliyev, İdman klubunun müəllimi İsgəndər RizayevTHİK-in sədri Mirməhəmməd Ələkbərli iştirak edib.

Xatırladaq ki, Milli Qəhrəman Çingiz Qurbanovun doğum gününə həsr olunan şahmat yarışı hər il keçirilir.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: