AzTU-da valideynlərlə görüş olub

AzTU-da valideynlərlə görüş olubAzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olubAzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub AzTU-da valideynlərlə görüş olub Yanvarın 9-da və 11-də Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbdə təhsil alan tələbələrin valideynləri ilə görüşlər keçirilib.

Zim.Az xəbər verir ki,
görüşlərdə AzTU-nun rektoru, Əməkdar elm xadimi, professor Havar Məmmədov valideynlərə rəhbərlik etdiyi universitetdə tədris prosesinin və imtahan sessiyasının təşkili, tələbələrin biliyinin obyektiv və şəffaf qiymətləndirilməsi, imtahanların gedişi və onlara nəzarətin artırılması ilə bağlı görülən işlər barədə məlumat verib.

Universitetdə yaradılan elektron təhsil sisteminin fəaliyyəti ilə bağlı məlumat verən rektor qeyd edib ki, tədris prosesi və imtahanların təşkili üzrə bütün məsələlər həmin sistem vasitəsilə nəzarətə götürülür və nəticələr dərhal qeydə alınır.

Valideynlər universitetin Xüsusi texnika və texnologiya, Nəqliyyat, Radiotexnika və rabitə, Elektrotexnika və energetika fakültələri tələbələrinin imtahanlarında iştirak edib, test üsulu ilə, həmçinin yazılı keçirilən imtahanların təşkili sahəsində yaradılan şəraitlə tanış olublar.

Professor Havar Məmmədov bildirib ki, AzTU-nun bütün fakültələrində imtahan prosesi ciddi nəzarət altında aparılır.
Qış imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə xüsusi komissiya yaradılıb.
Bütün imtahanlara əlaqələndirici qismində qeyri-ixtisas fənn müəllimləri cəlb olunub.
Tələbələrə tam sərbəstlik verilib. Onları narahat edən məsələlər Apelyasiya Komissiyası tərəfindən araşdırılır.

Valideynlər bir neçə auditoriyada imtahanların gedişini müşahidə edib, burada tələbələrin biliklərinin obyektiv dəyərləndirilməsi, şəffaflığın təmin olunması ilə bağlı görülən işlərdən razılıqlarını bildiriblər.

Sonra professor H.Məmmədov valideynlərin suallarını cavablandırıb, onlara övladlarının elmlərə olan həvəsinin artırılması, gənclərin bilikli, bacarıqlı mütəxəssislər kimi yetişmələri üçün müvafiq tövsiyələrini verib.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: