BDU THİK-i QiÇS-lə bağlı tədbir keçirib BDU, Sağlamlıq, Gənclik 1 Aralık Bu gün - 2017-ci il dekabrın 1-də BDU THİK-i 1dekabr - Ümumdünya QiÇS-lə mübarizə günü ilə bağlı marifləndirici tədbr keçirib. ZiM.Az xəbər verir ki, tədbiri giriş sözü ilə BDU THİK-nin sədri Daşqın Qənbərov açıb. O, çıxış edərək bildirib ki, bu günün dünya səviyyəsində qeyd olunmasında asas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir. D.Qənbərov qeyd edib ki, 1988-ci ildə təsis edilmiş “AİDS Günü” dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Qazanılmış İmmun Çatışmazlığı Sindromu olan xəstəlik insanların HİV virusuna yoluxması ilə başlayır. Nəticədə insanların immun-müdafiə sistemi kəskin zəifləyir və onlar bir çox xəstəliklərə asanlıqla tutulur. Artıq dünyada QİÇS-dən vəfat edənlərin sayı milyonlarla ölçülür. Azərbaycanda isə virusun daşıyıcısı ilk dəfə 1987-ci ildə aşkarlanıb. Hazırda Azərbaycanda virus yayılma surətinə görə digər ölkələrlə müqayisədə aşağı səviyyədə olsa da təhlükə davam edir. Sonra çıxış edən BDU biologiya fakültəsi THT-nin sədri Nİsə Bağırova QİÇS-ə yoluxma yolları, qorunma yolları haqqında ətraflı məlumat verib. Bildirib ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir. Belə ki, bu virusun daşıyıcıları 2006-cı ildən ölkədə tətbiq edilən antiretrovirus terapiyaya cəlb olunublar. Qeyd edilib ki, Azərbaycanda “QİÇS haqqında” qüvvədə olan qanun 1996-cı ildə qəbul olunub. 2010-cu ildə isə qanun layihəsi yenidən işlənərək qanunvericilik bazası daha da genişlənib. Hazırda isə ölkədə xəstəliyin qarşısının alınması üçün zərərin azaldılması proqramı da həyata keçirilir.Aytac MƏDƏDLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.