Tələbə jurnalistlərin qonorar sevinci BDU, Hüquq 15 Aralık Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Jurnalist” qəzeti redaksiya heyətinin təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Milli Məclisin deputatı Aqil Abbas, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, “525-ci qəzet” və “Şərq” qəzetlərinin baş redaktorları Rəşad Məcid və Akif Aşırlı, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev və fakültənin digər müəllimləri və tələbələri də iştirak edib. Qonaqlar “Jurnalist” qəzetinin tarixini əks etdirən süjetə baxdıqdan sonra, qəzetin onların tələbəlik həyatındakı rolundan danışıblar.Tədbirdə jurnalist tələbələrə qəzetdə dərc olunan yazılarına görə qonarar təqdim olunub. Akif Aşırlı Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.