Yunus Əmrə İnstitutunun direktoru “Gənc İstedadlar” liseyində BDU, Turan 19 Şubat 16 fevralda Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində olmuşdur.Liseyin direktoru professor Qasım Hüseynov liseyin yaranması, fəaliyyəti, şagirdlərin göstəriciləri ilə bağlı məlumat vermişdir.Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım da, öz növbəsində, Türkiyədə fəaliyyət göstərən fənn liseyləri, onların fəaliyyəti və təhsil sistemi haqqında danışmışdır. Liseyin 6b sinif şagirdlərinin ifasında təqdim edilən “İngilis dili gecəsi”nin paylaşımlarını izləyən Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım bu gün həmin şagirdlərlə də görüşmüşdür. Görüşdə liseyin direktoru, professor Qasım Hüseynov və sinif rəhbəri Könül Şahbazova da iştirak etmişdir.Tədbirdən xoş təəssürat aldığını deyən İbrahim Yıldırım onların yaradıcılıq qabiliyyətlərini yüksək qiymətləndirib, şagirdləri Yunus Əmrə İnstitutunun tədbirlərində iştiraka dəvət edib.Eyni zamanda, liseyin direktoru, professor Qasım Hüseynovla görüşdə Türkiyənin aparıcı liseyləri ilə “Gənc İstedadlar” arasında əlaqələr, olimpiadaların təşkili, birgə tədbirlərin keçirilməsi, qarşılıqlı təcrübə mübadiləsi kimi məsələlər müzakirə olunub.Pərvanə İBRAHİMOVA.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.